Şok anlaşma: Bütün Gürcüstan ayağa qalxacaq – Tarix açıqlandı

Oxundu: 88
Şok anlaşma: Bütün Gürcüstan ayağa qalxacaq – Tarix açıqlandı

Aprelin əvvəlində Gürcüstan müxalifəti paytaxt Tiflis də daxil olmaqla, respublikanın bütün bölgələrini əhatə edən ümumxalq mitinqlərinə başlayacaq.

Bu barədə Yeni Gürcüstan partiyasının lideri Georgi Vaşadze açıqlama verib.

 

O, razılaşmanın müxalifət nümayəndələri ilə Fəhlət Partiyasının ofisində keçirilən görüşdə əldə edildiyini bildirib.


“Aprelin 4-də Tiflisdən kütləvi aksiyalara başlayacağıq. Bundan əvvəl bir çox bölgələrə səfərlərimiz olacaq. Aprelin 4-də müxalifətin seçkilər məsələsində necə əməkdaşlıq edəcəyini açıqlayacağıq”, - deyə Vaşadze qeyd edib.


Gürcüstan mediasının məlumatına görə, mitinq gününə qədər müxalifət liderləri əhali ilə görüşmək üçün piket, bölgələrə səfərlər və beynəlxalq təşkilatlarla görüşlər planlaşdırmaq və keçirmək barədə razılığa gəlib./teleqraf.com/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system