NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 5036
ŞOK:

ŞOK: "ABŞ sünni şiə davası üçün Kəbəni vurub İranın üstünə atmağı planlaşdırır"

"ABŞ Kəbəni vurub İranın üstünə atacaq!"

İslaminSesi bildirir ki, Yeni Akit yazarı Əbdurrəhman Dilipak son hadisələr barədə çox təlaşla Səudiyyədə baş verən hadisələrdə İngiltərə və ABŞ-ın rolundan yazıb.O bildirib ki, şahzadələrin mallarının müsadirə olunmasını məhz onlar istəyib. "Bizim haqsız yerə qazanc əldə edən rəhbərlər, siyasətçilər, bürokratlar və bələdiyyə başçılarına səslənirəm: Sizin pullarınızın harada olduğu bilinir. Dubayda, Qətərdə, İsveçrədə, Maltada, İngiltərə bankları və Honq Konqda. Bircə xəbərçi və ya Panama sənədi kimi  sübut sizin işinizi bitirməyə kifayət edir. Pulunuzun mənbəyini söyləyə bilməsəniz, bu hesablar kimlər tərəfindənsə yolunduqdan sonra Dünya bankına istiqamətləndirilir. Bu pulların ardınca düşsəniz əgər sonunuz Zərrabın axırına dönər."

 

Yazının son bölümündə isə belə yazır: "Bəzi yerlərdə isə vəziyyət daha dəhşətvericidir. İş "salam verdim rüşvət deyildir, deyə alan olmadı." həddinə çıxıb. İçimizdəki düşmən çölümüzdəkindən daha qorxunc olub. Dünyanın halı çox qarışıq durumda olması kifayət etmirmiş kimi, daxildə bu qədər axmaq insanla da vuruşmaq lazım gəlir. ABŞ-ın ən böyük istəyi sünni-şiə davasıdır. Yəni Türkiyə-İran savaşı ən böyük hədəfləridir. Bu plan deyəsən yol qəzasına uğrayıb, onlar da Türkiyənin yerinə Səudiyyə Ərəbistanını yerləşdirməyə çalışırlar. Bu mənada bizdəki 15 iyun çevrilişinin Səuddakı şahzadə çevrilişi bir-birinə çox bənzəyir. Türkiyənin yerinə Səud seçilib, deyə elə də çox sevinməyin, təhlükə hələ də keçməyib. 

Yəməndən Səuda raket atıldı və bunun İran tərəfindən edildiyi iddia edildi. Bu bir sınaq idi. Heç  bəlkə də raket atılmayıb. Bəs bununla onlar nə demək istəyirlər? "Müqəddəs torpaqlara Yəmən raket atır, ABŞ isə bu raketi sıradan çıxarır" Verilən mesaj budur. 

 

ABŞ və ya İsrail bir raket atıb Kəbəyə ziyan versələr və bunun da Yəmən vasitəsi ilə İranın dəstk verdiyi şiə yəmənlilərin atdığını iddia etsə, al sənə sünni şiə davası. 

 

ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin rəsmisi Mikael Şeuer "Sünni şiə davası şıxmasa məhv olacayıq" Çox istədilər, amma sünni-şiə davasını törədə bilmədilər. 

 

Səuddakı əməliyyatlar və yayımladıqları cənnət kağızları hamısı bunu ilk xəbərçiləridir. Kəbəni vurub İranın üstünə atacaqlar. 

 

Raket sayı artdıqca ABŞ-da yanına İsraili alıb müqəddəs torpaqları qorumağa gedəcək. "Şiə İran" isə müqəddəs torpaqlara hücum edən qarşı tərəf kimi təqdim olunacaq. Sizcə bu plan tutar? Tutar fikrimcə." 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system