SOCAR 420 neftçini dənizdən təxliyə etdi

Oxundu: 53
SOCAR 420 neftçini dənizdən təxliyə etdi

SOCAR hava şəraitinin kəskinləməsilə bağlı dənizdə təxliyə tədbirləri həyata keçirib.

 

İslaminSesi bildirir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdir müavini İbrahim Əhmədov Modern.az-a bildirib.

 

İ.Əhmədov qeyd edib ki, təxliyə təsbirlərinə dünən səhər başlanıb və axşama qədər başa çatdırılıb:

 

“420 nəfərə yaxın əməkdaşımız təxliyə olunub. Hava şəraiti normallaşdıqdan sonra onlar iş yerlərinə qaytarılacaq”.

 

SOCAR rəsmisinin sözlərinə görə, bununla yanaşı bütün təhlükəsizlik tədbirləri gücləndirilib və mümkün fövqəladə vəziyyətin qarşısının alınması üçün növbətçilik keçirilir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system