NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Sizin idi - bizim olacaq: ABŞ və İngiltərə özgə malını necə mənimsəyir? - İlginc faktlar

Oxundu: 539
Sizin idi - bizim olacaq: ABŞ və İngiltərə özgə malını necə mənimsəyir? - İlginc faktlar

Yanvarda İngiltərə Bankının Venesuelaya qızıl ehtiyatlarını qaytarmaması dünya iqtisadi ictimaiyyətini şoka salmışdı.

 

İngilislər sadəcə olaraq "böyük qardaşları" olan ABŞ-dan nümunə götürmüşdülər.

 

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, amerikalılar son onilliklər ərzində qiymətli metalları nəinki yiyələrinə qaytarmırlar, üstəlik özgə qızılının ətrafında intriqalar yaradırlar.

 

Venesuela prezidenti Nikolas Maduro ötən həftə bəyan etmişdi ki, İngiltərə Bankında Venesuela hökumətinə məxsus 80 ton qızıl saxlanılır.

 

Bloomberg agentliyinin məlumatına görə, Britaniya Mərkəzi Bankı Vaşinqtonun təzyiqi altında qızılı Karakasa qaytarmaqdan imtina edib. Burada ABŞ dövlət katibi Mayk Pompeo və təhlükəsizlik üzrə prezident müşaviri Con Boltonun əli olub.

 

Venesuela hələ ötən ilin dekabrında qızıl ehtiyatlarınıı qaytarmağı tələb edib, lakin ingilislər əvvəl sığorta məsələlərini bəhanə edərək məsələni uzatsalar da, sonda qızılı harada istifadə edəcəkləri barədə Venesuelanı sorğu-suala çəkərək, açıq şəkildə malı yiyəsinə qaytarmaqdan imtina ediblər. Bəhanələrdən biri isə ölkədə güya "düzgün" prezidentin olmamasıdır.

 

Bu tip qalmaqalların mərkəzində adətən ABŞ və Böyük Britaniya olur, çünki son zamanlaradək onlarla ölkə öz ehtiyatlarını məhz burada saxlayıb. Burada qızılla bağlı müqabilələr bağlanan əsas ticarət meydançaları - Nyu-York əmtəə birjası (NYMEX) və London metal birjası (LME) - yerləşir.

 

Qızıl sahibləri qiymətli metalı qaytarmalı olduqları halda yüksək nəqliyyat xərclərini ödəməmək üçün onu yaxınlıqda saxlayırlar.

 

Məsələn, ötən əsrin 60-cı illərində Fransanın öz ehtiyatlarını ABŞ-dan qaytarmaq cəhdi ilk qalmaqala səbəb olmuşdu.

 

İlk cəhdlər

 

Fransa hökuməti İkinci dünya müharibəsinə az qalmış alman qoşunlarının müdaxiləsindən qorxduğu üçün qızıl ehtiyatının əsas hissəsini gizli şəkildə ABŞ-a göndərmişdi.

Müharibədən sonra Paris öz qızılını qaytarmaq istədikdə qəti rədd cavabı almışdı. Amerikalılar bildirmişdilər ki, qızılı ABŞ-a özəl şəxslərin gətirib yerləşdirdiyi üçün külçələr dövlət qızıl ehtiyatı sayıla bilməz. "Özəl şəxslərin" Fransa hökumətinin birbaşa sərəncamına əsasən fəaliyyət göstərməsini isə nəzərə alan olmadı.

 

Bir neçə il sonra Almaniya da ABŞ-dan öz qızıl ehtiyatını qaytarmağa çalışdıqda sərt rədd cavabı aldı. Vaşinqton bəyan etdi ki, alman qızılının ABŞ-da qalması almanları sovet hücumundan "qoruyan" Amerika qoşunlarının Almaniyada qalmasının qarantıdır.

 

Etimad böhranı

Bundan sonra Almaniya və digər ölkələrin ABŞ və İngiltərədən qızıl qaytarmaq cəhdləri uzun müddət təkrarlanmadı - 2008-ci ilin qlobal maliyyə böhranına kimi. Həmin dövrdə bütün dünya bankları bazar sarsıntılarından qorunmaq üçün aktiv şəkildə qızıl almağa başlamışdı.

 

2009-cu ildə Çin London metal birjasında təxminən 70 ton qızıl almışdı. Lakin ekspertizadan keçirdikdə məlum olmuşdu ki, külçələr yalnız üzdən qızılla örtülmüş volframdan ibarətdir.

 

Pekin London birjasında metal barədə irad bildirdikdə, birja çinlilərin özlərini saxtakarlıqda günahlandırıb.

 

Bu məsələlərdən sonra ABŞ və Britaniyaya etimad azaldı.

 

Etimad böhranından ilk istifadə edən Venesuela olub və 2011-ci ildə İngiltərə Bankından ölkənin 211 tonluq qızıl ehtiyatını qaytarmaq istəyib.

 

İngilislər cavabında bildirib ki, onların Mərkəzi Bankında yalnız 99 ton Venesuela qızılı var, qalanı isə JP Morgan Chase, Barclays, Standard Chartered və Bank of Nova Scotia bankları arasında bölüşdürülüb.


Bu, ABŞ və Britaniyaya etibar olunmuş qızılların satıldığına dair şübhələri artırdı.

 

Nəticədə Uqo Çaves 2011-ci ilin sonunda yalnız 150 ton qızıl qaytara bilmişdi, 60 tonunu isə ingilislər özlərində saxladı. O vaxtdan Karakas London birjasından mütəmadi olaraq qızıl alaraq 80 tona çatdırıb. Məhz bu 80 tonu hazırda Britaniya hökuməti qaytarmaqdan imtina edir.

 

Zəncirvari reaksiya

 

Həmin ərəfələrdə ABŞ-da yeni qalmaqal yaşandı. Dünyada maliyyə böhranı baş aldığı vaxtda mərkəzi banklara qızılı Beynəlxalq Valyuta Fondu satmalı oldu. 2009-cu ilin sentyabrından 2010-cu ilin dekabrınadək BVF öz ehtiyatlarından 403 ton qızıl satdı. Satışı davam etdirmək üçün fondun rəhbəri Dominik Stross-Kan ABŞ-dan Fort-Noksda saxlanmağa verdiyi 191 ton qiymətli metalı geri istədi. Lakin amerikalılar heç bir səbəb bildirmədən bu dəfə də "yox" cavabı verdilər.

 

Qızılları israrla qaytarmağa çalışan Stross-Kan fevralın 14-də Nyu-Yorkda saxta ittihamlarla həbs olunub və o, vəzifəsindən azad edilib.

 

Bu qalmaqallar nəticəsində ABŞ FES-inə və İngiltərə bankına etimad sıfra endi.

 

2013-cü idə Almaniya yenidən öz qızıl ehtiyatlarını ABŞ-dan qaytarmağa cəhd etdi və 2017-ci ildə 3370 ton qızıldan 674 tonunu qaytara bildi.

2015-ci ildə Niderland ABŞ-dan 120 ton qızıl ehtiyatınını qaytarıb, bir qədər sonra isə Avstriya Mərkəzi bankı İngiltərə Bankının 140 ton qızılını çıxara bilib.

 

2016-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıq-aydın bildirib ki, "ABŞ-da qızıl saxlamaq təhlükəlidir". 2017-ci ildə Türkiyə Mərkəzi Bankı ABŞ Federal Ehtiyat Sistemindən 29 ton, İngiltərə Bankından isə təxminən 200 ton qızıl götürüb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ARAŞDIRMA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system