NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 68
Şirvanda rabitə kabelləri oğurlanıb: 1000-ə qədər abonent rabitəsiz qalıb

Şirvanda rabitə kabelləri oğurlanıb: 1000-ə qədər abonent rabitəsiz qalıb

İslaminSesi bildirir ki, Şirvanda şəhər telefon şəbəkəsinin rabitə quyularından rabitə kabelləri kəsilərək oğurlanıb.

Şirvan Telekommunikasiya qovşağından APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, ötən gecə Şirvan şəhərinin H.Əliyev prospekti və Vaqif  küçələrində yerləşən 7 rabitə quyusuna daxil olan oğrular oradan qurğuşun və misdən ibarət olan ana xətt kabellərini kəsərək  oğurlayıblar.

 

Nəticədə Şirvan şəhərinin Bayramlı, Hacıqəhrəmanlı qəsəbələri və Köhnə şəhər massivinə daxil olan 1000-ə qədər abonentin stasionar rabitə xətti kəsilib.  Bir çox abunəçilərin internet verilişi də dayanıb. Hazırda Şirvan telekommunikasiya qovşağının təmir-tikinti briqadası oğurlanan kabellərin bərpası ilə məşğuldur. Bildirilir ki, rabitə xəttinin bərpa olunması bir həftəyə qədər mümkün olacaq. Qovşağa böyük məbləğdə maddi ziyan vurulub.

 

Şirvan polis şöbəsində faktla bağlı cinayət işi açılıb, oğurluq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system