NAMAZ VAXTLARI:
  • FƏCR 05:03
  • GÜN 06:25
  • ZÖHR 12:35
  • ŞAM 19:01
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 419
Şirvanda qəzada xəsarət alanların hamısı qadındır - YENİLƏNİB

Şirvanda qəzada xəsarət alanların hamısı qadındır - YENİLƏNİB

Şirvan şəhərində baş verən qəzada xəsarət alan şəxsləri kimliyi müəyyənləşib.

 

"İslaminSesi.info"-nın  xəbərinə görə, onlar Şirvan sakinləri - 1980-ci il təvəllüdlü Xankişiyeva Tünzalə Adil qızı, 1964-cü il təvəllüdlü Dadaşova Fərqiyyə Əbil qızı, 1961-ci il təvəllüdlü Vəliyeva Gülüstan Fazil qızı, 1973-cü il təvəllüdlü Allahverdiyeva Şərafət Arif qızı, 1988-ci il təvəllüdlü Abbasova Tünzalə Rəhimxəlil qızı, 1983-cü il təvəllüdlü Alxanova Şəlalə Ataxan qızı, Məmmədova Mətanət Həsənağa qızı, 1967-ci il təvəllüdlü Əliyeva Gülçiçək Əkrəm qızı, 1983-cü il təvəllüdlü Mirzəyeva Nigar Əvəz qızı, 1977-ci il təvəllüdlü Mirzəyeva Aynur Balaş qızı, 1979-cu il təvəllüdlü Mirzəyeva Könül Əlihüseyn qızı və daha 4 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan bir nəfər reanimasiya şöbəsinə, digər 6 nəfər travmatologiya şöbəsinə yerləşdirilib. 
 
Digər sərnişinlər tibbi yardım göstəriləndən sonra ambulator müalicəyə göndərilib.


Bildirilir ki, hadisə istixanada işləyən qadınlar səhər mikroavtobusla işə gedərkən baş verib.

 

 ***

"İslaminSesi.info" bildirir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

 

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.apa

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system