NAMAZ VAXTLARI:
  • FƏCR 05:25
  • GÜN 06:45
  • ZÖHR 12:48
  • ŞAM 19:09
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

Siqaret çəkənləri Həcc Ziyarətinə buraxmamaq təklif edilib

Oxundu: 192
Siqaret çəkənləri Həcc Ziyarətinə buraxmamaq təklif edilib

Siqaret asılılığından xilas olmaq istəməyənlərə müqəddəs məkanları ziyarət etmək üçün Səudiyyə Ərəbistanına giriş qadağan olunmalıdır.

 

İslaminSesi-nin islam-today.ru-ya istinadən verdiyi xəbərə görə, belə bir təkliflə Türkiyənin dini işlər İdarəsinin başçısı olan müfti Əli Ərbaş çıxış edib.

 

Onun sözlərinə görə, Həcc və Ümrə ziyarətinə yalnız siqaret çəkməyənlər gedə bilər. Müfti, həmçinin, hesab edir ki, siqaret çəkənlərin məscidlərdə imam işləməsi yolverilməzdir. Müsəlman din xadimi olmaq istəyənlər isə nikotin asılılığından qurtulmalıdır.

 

Siqaret çəkməyin nəticələri barədə danışarkən, Ərbaş xatırladıb ki, bu zərərli alışqanlıq həm ölümcül xəstəliklərin inkişafına səbəb olur, həm də ruhu məhv edir.

 

Qeyd edək ki, Türkiyədə siqaret çəkmək həddən artıq çox yayılmış bir problemdir. Bildirilir ki, ölkədə, kişilərdən əlavə, nikotin asılılığından əziyyət çəkən minlərlə qadın var.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system