NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 748
Sionistlərin yaraladığı fələstinli Quran oxuyur – O, hansı ayələri tilavət edir?

Sionistlərin yaraladığı fələstinli Quran oxuyur – O, hansı ayələri tilavət edir?

Fələstinin işğalının başlaması və qəsbkar İsrailin təsisinin 70-ci ildönümündə fələstinlilərin dönüş yürüşü başlayıb. Təkcə ötən gündə Qəzzada İsrailin qurduğu sərhədlərə axışan fələstinlilər 60 şəhid və 2400 yaralı veribər.

İslaminSesi.info xəbər verir ki, təkcə ötən gündə Qəzzada İsrailin qurduğu sərhədlərə axışan fələstinlilər 60 şəhid və 2400 yaralı veriblər.

 

Şəhidlər arasında 15 uşaq və yeniyetmə, bir neçə qadın və 9 jurnalist var.

 

Fələstinli şəhidlərin arasında əlillərin olması, şəhadət öncəsi gülümsəyən şəhidlər və ölüm öncəsi Quran tilavət edənlər də diqqət çəkib.

 

Şəhidlərdən biri ölümü öncəsi tövbə surəsinin 120-121 ayələrini və eləcə də Ali-İmran surəsinin 19-cu ayələrini belə tilavət edir:

 

 “Mədinəlilərə və onların ətrafında olan bədəvilərə (döyüşdə) Allahın Peyğəmbərindən geri qalmaq, ondan (ona üz verən məşəqqətlərdən) özlərini kənara çəkmək (belə çətinliklərin özlərinə üz verməsini istəməmək, beləliklə də, özlərini Peyğəmbərdən üstün tutmaq) yaraşmaz. Çünki Allah yolunda onlara elə bir susuzluq, yorğunluq və aclıq üz verməz, kafirlərin qəzəbinə səbəb olan elə bir yerə onlar ayaq basmaz və düşməndən elə bir bəla, müsibət görməzlər ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmamış olsun! Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!.

Onların sərf etdikləri elə bir az-çox xərc, (cihad zamanı Peyğəmbərlə) keçdikləri elə bir vadi olmaz ki, Allah (qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyə, əvəzində onlara (savab) yazılmamış olsun!”

 

“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system