DÜNYA

Oxundu: 110
“Sionistlərin rahat günü olmayacaq, onlar çıxıb getməlidirlər”

“Sionistlərin rahat günü olmayacaq, onlar çıxıb getməlidirlər”

“İsrail Fələstin torpağını qəsb edib. Fələstin xalqı onlarla mübarizə aparır. Bu onu göstərir ki onlar heç vaxt rahatlıqda olmayacaq, ya bölgəni tərk etməli ya da məhv olmalıdırlar”

İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin sözçüsü general Məsud Cəzayiri deyib.

 

İranlı general ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına görə amerikalılara xitabən bildirib ki, məhz indiki Ağ Ev Amerikanın gələcək problemlərində məsuliyyət daşıyacaq.

 

“Sionist rejimin nüvə obyektləri gələcəkdə fələstinlilərə qismət olacaq. Amerikalılar bilsinlər ki, həmin günlərdə qarşıya çıxacaq problemlərin məsuliyyəti indiki Ağ Evin öhdəsindədir...”

 

Məsud Cəzayiri Trampın Qüdslə bağlı son qərarının ABŞ-a heç bir fayda gətirməyəcəyini deyib.

 

Xatırladaq ki, ABŞ prezidenti ötən gün Qüds şəhərinin İsrailin paytaxtı olduğunu bildirib. Bu, əksər dünya dövlətlərinin mənfi reaksiyasına səbəb olub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system