NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 138
Sionist İsrail qüvvələrinin fələstinlilərə qarşı təcavüzünün son durumu

Sionist İsrail qüvvələrinin fələstinlilərə qarşı təcavüzünün son durumu

İslaminSesi Fələstinin WAFA xəbər agentliyinə istinadla xəbər verir ki, sionist İsrail rejiminin hərbi qüvvələri bu gün erkən saatlarda İordan çayının qərb sahilindəki Vilfeem şəhərində fələstinlilərin yaşadığı Aida qəçqın düşərgəsinə basqın reydləri edib.

Sionist qüvvələri basqınlar zamanı burada yaşayan bir neçə fələstinlinin evlərinə soxulublar. Nəticədə düşərgənin sakinləri İsrail əsgərlərinə qarşı müqavimət göstərib. Sionistlər onlara qarşı rezin güllələr atıb, yaralanan olmayıb.

 

Bundan sonra İsrail qüvvələri düşərgəni tərk ediblər. 

 

İsrail tərəfi bildirib ki, qüvvələrin düşərgəyə basqın reydlərinin səbəbi gənc fələstinlilərin əsgərlərə və ya hərbi maşınlara daş atmaları olub. Sionist qüvvələrinin taktikası belədir ki, onlar özlərinə daş atan fələstinli gənclərin fotolarını çəkir və axşam çağı və ya səhər tezdən onları həbs etməyə gedirlər. 

 

Bundan əlavə bu gün işğalçı İsrail rejimi tərəfindən Qərb Sahilində yerləşən Hevron şəhərindən iki fələstinlini - 14 yaşlı Səlim Məhəmməd Samuh ilə 14 yaşlı Həmdi Xəlil Qavasmehi həbs ediblər. Bütün bu məlumatlar Fələstinin təhlükəsizlik mənbələri tərəfindən verilib.

 

Hər iki yeniyetmənin saxlanılmaları barədə işğalçı düşmən tərəfdən heç səbəb bildirilməyib.

 

Məhbusların müdafiəsi qruplarının verdiyi məlumata görə, hazırda İsrail həbsxanalarında 6 mindən çox fələstinli saxlanılır, onların çoxu yeniyetmələrdir ki, İsrailin Fələstini işğal etməsinin 50 illiyini etiraz etdiyi zaman həbs edilmişdilər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system