NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 158
Sionist İsrail müstəqil Kürdüstanın yaradılmasına münasibət bildirib

Sionist İsrail müstəqil Kürdüstanın yaradılmasına münasibət bildirib

İslaminSesi-nin HAARETZ agentliyinə istinadla verdiyi məlumata görə, sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı bəyanat verərək İsrailin müsətiq Kürdüstan dövlətinin yaradılmasını dəstəklədiyini bildirib.

Sionist baş naziri bundan öncə də bir neçə dəfə Kürdüstanın azadlığının tərəfdarı olduqları barədə fikir səsləndirmişdi. O, bu dəfəki bəyanatını sionist İsrailin ordu başçısının sabiq müavini Yair Qolanın keçən həftə ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilmiş və mediada dünən yayımlanan konfransda Kürdüstanın müstəqilliyini dəstəylədiyini, həmçinin Türkiyəyə qarşı uzun illərdir silahlı mübarizə aparan və saysız terror aktları törədən Kürdüstan İşçi Partiyasının (PKK) terror təşkilatı olmadığını bəyan etməsindən sonra edib.

 

 

 

Qeyd edək ki, İraqın tərkibindəki İraq Kürdüstanı Regional Rəhbərliyinin başçısı Məsud Bərzani sentyabrın 25-də kürdlərin müstəqillik referendumunu keçirəcəklərini elan edib. İraq höküməti kürd rəhbərliyinin bu istəyini qeyri-konstitusion hesab edib və İraq parlamentində dünən keçirdiyi səsvermə ilə Kürdüstanın istiqlaliyyət referendumunu rədd edib.

 

Məsud Bərzani isə Türkiyə, İran və İraq rəhbərliyinin xəbərdarlıqlarına baxmayaraq referendumun keçiriləcəyini və nəticələrinin İraq tərəfindən qəbul edilməyəcəyi təqdirdə sərhədlərini özlərinin cızacaqlarını bildirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system