NAMAZ VAXTLARI:
  • FƏCR 05:36
  • GÜN 06:56
  • ZÖHR 12:25
  • ŞAM 18:11
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Sınıq Körpü" gömrük postunda yaranmış sıxlığa aydınlıq gətirilib

Oxundu: 194

Ötən gün sosial şəbəkələrdə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun sərnişin xəttində sərhədkeçmə prosesi zamanı müşahidə olunan sıxlığı əks etdirən videotəsvirlər yayımlanıb. Yay mövsümü ilə əlaqədar xaricə və eyni zamanda ölkəmizə səyahət edənlərin sayında ciddi artım müşahidə olunur.

 

İslaminSesinin xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsindən "Report"a daxil olan məlumatda deyilir.

 

Bildirilir ki, xüsusilə iyulun 15-dən etibarən sutka ərzində "Sınıq Körpü" gömrük postunun idxal və ixrac sərnişin xəttləri üzrə 12 minə qədərşəxs gömrük nəzarətindən keçib ki, bu da həmin gömrük postunun buraxılış potensialından dəfələrlə çoxdur:

 

"Nəticədə günün bəzi saatlarında "Sınıq Körpü" gömrük postunun sərnişin keçid xəttində qısamüddətli sıxlıqlar müşahidə olunub. Lakin gömrük orqanları tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində sıxlıq aradan qaldırılır və gömrük posru normal iş rejimində fəaliyyət göstərir.

 

Qeyd edək ki, yaranan sıxlıqlar sadəcə sərnişin keçid xəttlərində qeydə alınır, yük və minik nəqliyyat vasitələrinin keçidində hər hansı problem müşahidə olunmur.

 

Hazırda "Sınıq Körpü" gömrük postu normal iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və avtomobilləringömrük nəzarəti prosesində hər hansı problem yoxdur".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system