NAMAZ VAXTLARI:
  • FƏCR 03:35
  • GÜN 05:19
  • ZÖHR 12:46
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Singapore Airlines təyyarəsi bomba xəbərindən sonra təcili eniş edib

Oxundu: 148
Singapore Airlines təyyarəsi bomba xəbərindən sonra təcili eniş edib

Singapore Airlines aviaşirkətinin sərnişin təyyarəsində bomba olduğu haqda məlumatdan sonra layner Sinqapur Hərbi Hava Qüvvələrlərinin müşayiəti ilə yerli hava limanında təcili eniş edib.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu haqda Straits Times qəzeti yazır.

 

Məlumata əsasən, Mumbay aeroportundan çıxdıqdan dərhal sonra Singapore Airlines aviaşirkətinə naməlum şəxs zəng edərək təyyarənin içində bomba olduğunu deyib. Lakin xəbərin yalan olduğu üzə çıxıb.

 

Mumbaydan Sinqapura SQ 423 reysi ilə uçan təyyarə içindəki 263 sərnişinlə birgə Çangi beynəlxalq aeroportunda problemsiz eniş edib.

 

Dindirmə və sonrakı yoxlama üçün uşaqlı qadın polis tərəfindən saxlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system