NAMAZ VAXTLARI:
  • FƏCR 05:10
  • GÜN 06:30
  • ZÖHR 12:32
  • ŞAM 18:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 326
Şimali Koreya haqda Ağ evdən daha bir sərt açıqlama:

Şimali Koreya haqda Ağ evdən daha bir sərt açıqlama: "Bu təhdid deyil, reallıqdır"

ABŞ-ın prezident yardımçısı Maykl Pens Şimali Koreya haqqında açıqlamalar verib.

İslaminSesi bildirir ki, Fox News-a verdiyi açıqlamada Pens sərt açıqlamalar verib: "Keçən həftə Liviya modeli ilə bağlı bir sıra söhbətlər oldu. Prezident Donal Trampın dediyi kimi  Kim Jong razılaşmaya getməsə, Şimali Koreyanı Liviya modeli gözləyir" Juranalist Pensə sual verərək bunun təhdid olduğunu soruşub. Pens isə cavabında "Məncə bu daha ziyadə bir reallıqdır". 

 

Qeyd edək ki, Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun Şimali Koreya barədə "Liviya" nümunəsini təqdim etməsi ilə əlaqədər olaraq Tramp vaxtilə Buşun Qəddafi ilə bağladığı müqaviləni Pyonyanq ilə bağlamayacağını bildirib. Müşaviri Boltonun "Liviya" modelini rədd edən Tramp: "Liviya modeli çox fərqli idi. Biz Liviyanı əhəmiyyətli dərəcədə yox etdik. Qəddafini vəzifədə saxlamaq müqaviləmiz yox idi. Əgər Şimali Koreya ilə də  müqavilə bağlaya bilməsək, bəlkə bu model gündəmə gələ bilir". 

 

Maykl Pensin yenidən bu məsələni gündəmə gətirməsi müzakirələri şiddətləndirəcəyi bildirilir. Qeyd edək ki, Şimali Koreya Cənubi Koreya ilə danışıqları təxirə salıb, ABŞ-la olacaq görüşləri isə risk olaraq dəyərləndirib. Buna cavab olaraq isə Tramp onlara heç bir açıqlama verilmədiyini və hələ də gözlədiklərini bildirib. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system