NAMAZ VAXTLARI:
  • FƏCR 05:09
  • GÜN 06:29
  • ZÖHR 12:33
  • ŞAM 18:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 199
Şimali Koreya ABŞ-la müharibənin bitdiyini elan edib

Şimali Koreya ABŞ-la müharibənin bitdiyini elan edib

Şimali Koreya hökuməti ABŞ tərəfinə müharibəni sonlandırmaq və atəşkəs razılaşmasını sülh razılaşmasına dəyişməyi təklif edib

 Şimali Koreyanın atəşkəs elan etməsi sadəcə Koreya yarımadasında deyil, həmçinin bölgə və dünyada sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində ilk addımdır. İslaminSesi xəbər verir ki, bunu Şimali Koreyanın rəsmi qəzeti "Rodong Sinmun" yazıb.

 

Qəzetin yazdığına görə, ABŞ və Şimali Koreyanın hərbçilərinin birgə yayımladığı bəyannamədə bölgədə təhlükəsizliyin əldə olunması üçün şərtlər yaradıb.

 

Məlumata əsasən Şimali Koreya hökuməti ABŞ tərəfinə müharibəni sonlandırmağı və atəşkəs razılaşmasını sülh razılaşmasına dəyişməyi təklif edib.

 

Qeyd edək ki, iyunun 12-i Sinqapurda ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında tarixi görüş baş tutub. Liderlərin təkbətək və geniştərkibli formatda keçirilmiş görüşləri, ümumilikdə bir saat yarım davam edib. Görüşdən sonra tərəflər birgə sənəd imzalayıblar. /sputnik/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system