NAMAZ VAXTLARI:
  • FƏCR 04:25
  • GÜN 05:54
  • ZÖHR 12:45
  • ŞAM 19:52
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 454
Şimal bölgələri qar örtüyü altında – FAKTİKİ HAVA

Şimal bölgələri qar örtüyü altında – FAKTİKİ HAVA

Yanvarın 14-ü gündüzdən 15-i səhərədək Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

"İslaminSesi.info" bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində yanvarın 14-ü gündüzdən 15-i səhərədək hava şəraiti yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb.

 

Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-8, Böyük Qafqazda 1-10, Qazax-Gəncə zonasında 1-6, Mərkəzi Aran rayonlarında 1-12, Naxçıvan MR-da 2-7, Kiçik Qafqazda 2, Lənkəran-Astara zonasında 1-17 mm olub.

 

Qar örtüyünün hündürlüyü Sarıbaşda 14, Şahdağda 12, Qırız, Kişçayda 10, Şəkidə 9, Altıağac, Xaçmaz, Lerikdə 8, Şərur, Yardımlıda 6, Qusar, Rvarudda 5, Zaqatalada 4, Qəbələ, Oğuz, Şamaxı, Quba, Kəlvəz, Xınalıqda 3, Şahbuz, Daşkəsən, Gədəbəy, İsmayıllı, Xaltan, Göytəpədə 2, Tovuz, Mərəzə, Ağdərə (Ordubad), Tərtərdə 1 sm təşkil edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system