Sığorta pulları bu mərkəzlərdə ödəniləcək

Oxundu: 89
Sığorta pulları bu mərkəzlərdə ödəniləcək

Gələn ildən etibarən "ASAN xidmət" mərkəzlərində icbari tibbi sığorta xidmətləri əldə etmək üçün xüsusi köşklər quraşdırılacaq.

 

İslaminSesi bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bu köşklər vasitəsilə vətəndaşlar müəyyən xidmətləri onlayn əldə edə biləcəklər. Məsələn, həkimlə konsultasiya xidməti. Bu xidmət vasitəsilə həkim tərəfindən hansı müayinələrdən keçməyə dair məlumatlar veriləcək. Ünsiyyət video-görüntü ilə həyata keçiriləcək.

 

Vətəndaşların müraciətləri qeydə alınacaq və bu müraciətlərin icra statusu barədə məlumat əldə etmək mümkün olacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system