NAMAZ VAXTLARI:
  • FƏCR 05:37
  • GÜN 06:57
  • ZÖHR 12:25
  • ŞAM 18:10
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 121
Şibu Əbu-Talib hadisəsi - Müsəlmanların sarsılmaz əzminin göstəricisi

Şibu Əbu-Talib hadisəsi - Müsəlmanların sarsılmaz əzminin göstəricisi

Əbu-Talib Vadisi və ya Şibi-Əbu-Tali hadisəsi ilk müsəlmanların qırılmaz əzminin göstəricisi. İslam dini ilk müsəlmanların, xüsusən də Bəni-Haşimin böyük zəhməti və qanı hesabına ərsəyə gəlib.

İslaminSesi.info - İslam dini və Allah Təalanın bəşəriyyətə təqdim etdiyi dinlərin sonuncusu və tamam kamalıdır: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim” (Maidə-3).

İslam dininin ərsəyə gəlib yetişməsində, ictimai və ümümbəşəri mərhələdə təşəkkül tapıb formalaşmasında ilk müsəlmanların, ələlxüsus da Bəni-Haşimin əvəzsiz zəhməti vardır. Bu yolda nə qədər insan malından, canından, qanından keçmişdir. 

Bu çətin günlərdən, çətin mərhələlərdən biri də Şibu Əbu-Talib hadisəsidir. Şibu Əbu-Talib Məkkə şəhərində Kəbənin şərq tərəfində iki dağın arasında yerləşən balaca bir ərazidir. İlk iman gətirən müsəlmanların incidilməsinə, əziyyət verib, hətta öldürülməsinə baxmayaraq onlar heç cür əqidələrindən dönmürdülər. Bunu görən söz sahibi Məkkə müşrükləri Bəni-Haşimdən və digər müsəlmanlardan ibarət bir dəstəni adinı çəkdiyimiz həmin məntəqəyə həbs edərək 3 il müddətində onları blokadada saxladılar. Bu 3 il ərzində müsəlmanlarla hər növ alış-verişi, ticarəti, yardımlaşmağı, hətta onlara yeyəcək belə verməyi qadağan etdilər. Sonra bu ğadağanı Mənsur ibn Əkrəmə adlı birinin dəsti xətti ilə rəsmiləşdirib, maddələrdən ibarət qanun şəklinə salıb Kəbənin içindən asdılar.

Bu mühasirə besətin 7-ci ilində məhərrəm ayının 1-ində başladı və 3 ilə qədər davam etdi. Peyğəmbər, Əbu-Talib, Xədicə xanım, Həmzə və islamın digər böyük şəxsiyyətləri bu mühasirədə əziyyət çəkiblər. Gənc yaşlarında olan Əli (ə) və digər cavanlar yalnız gecələr çıxır, gizlin şəkildə yemək içmək əldə edirdilər. Vəziyyət o qədər çətin idiki, ac uşaqların fəryadından müşrüklər özləri belə pərişan olurdular. Lakin heç kim əhdnaməni pozmağa cürət eləmirdi.

Bir gün Allah Rəsulu (s) əmisi Əbu-Talibi (ə) çağırıb, Allahın hökmü ilə qarışqaların yazılı müqaviləni yediyini bildirdi və bu xəbəri məkkəlilərə çatdırmağını istədi. Heyrət içində olan məkkəlilər qaçıb yazdıqları əhdnaməyə baxdılır. Qarışqalar Allahın adından başqa bütün yazıları məhv etmişdilər.Bununlada Şibu Əbu-Talib mühasirəsi sona çatdı.

İslam dini ümumbəşəri olaraq Mütəal Allahın insanlara əmanət etdiyi ilahi qanunlar toplusudur. Bu qanunların bizə yetişməsində, qorunub saxlanılmasında, ictimailəşib bəşərə yayılmasında nə qədər peyğəmbərin, imamların, möminlərin zəhməti, əziyyəti vardır, bu yolda nə qədər qanlarından, canlarından keçənlər olub. Bu zəhmətləri dəyərləndirmək insan olaraq hər kəsin müqəddəs borcudur.


Y.Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system