SİYASƏT

Oxundu: 162
Si Çzinpin yekdilliklə yenidən Çin Xalq Respublikasının sədri seçilib

Si Çzinpin yekdilliklə yenidən Çin Xalq Respublikasının sədri seçilib

Çinin Ümumçin Xalq Nümayəndələri Məclisinin deputatları Si Çzinpini Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən daha beş il müddətinə yekdilliklə seçiblər.

Gizli seçkilər bu səhər keçirilib. Məclisin bütün 2970 deputatı "lehinə" səs verib.

 

Si Çzinpin Çin sədri vəzifəsinə məclisin 12-ci çağırışında 2013-cü ildə seçilmişdi.

 

O, həmçinin ÇXR Mərkəzi Hərbi Komitısinin başçısı seçilib və partiya, hərbi və dövlət rəhbərliyini öz əlində saxlayıb.

 

Qeyd edək ki, ölkə konstitusiyasına edilən yeni dəyişikliklərə əsasən ÇİN sədri vəzifəsinə daha öncə qoyulmuş maksimum iki dəfə seçilmə məhdudiyyəti ləğv edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system