Şeyx İbrahim Zəkzaki barədə yayılan şayiə təkzib olundu

Oxundu: 232
Şeyx İbrahim Zəkzaki barədə yayılan şayiə təkzib olundu

Şeyx İbrahim Zəkzakinin şəhadət xəbəri təkzib olunub.

 

İslaminSesi Alalam-ə istinadən xəbər verir ki, Nigeriya İslami Hərakatının ofisi Şeyxin şəhadətə qovuşması barədə yayılan şayiələri təkzib edib.

 

Ofisin məlumatına görə Şeyx Zəkzaki hazırda həyatdadır, lakin səhhətində ciddi problemlər vardır.

 

Xatırladaq ki, Nigeriya höküməti 2015-ci ildə paytaxt Abucada şiələrin əzadarlıq məclisinə silahlı basqın edərək 1000-ə yaxın insanı şəhid edib. İslami Hərakatın lideri Şeyx Zəkzakini isə yaralayaraq həbs edib. Ötən ilin avqust ayında Nigeriya məhkəməsi Şeyxin Hindistanda müalicə almasına icazə verdi, hətta Hidistana göndərildi də. Lakin Hindistan öncə razılaşmasına baxmayaraq Nigeriya hakimiyyətinin və bəzi güclərin təhdidi ilə Şeyxin müalicəsindən imtina edərək onu geri qaytardı.

 

Hazırda Şeyx Zəkzakinin başında və ayağında olan güllələr çıxarılmayıb, o həmçinin sol gözünü də itirib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system