Şeytan daim pusqudadır – Zikr möminin sərmayəsidir

Oxundu: 175
Şeytan daim pusqudadır – Zikr möminin sərmayəsidir

Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi. -Əla-3

Yaşadığımız dünyada hər bir şey nizam və ölçü üzrə hərəkətdədir. Təbiət aləmindəki cüzı nizamsızlıq və ya hərəkətsizlik böyük bir fəlakətlərin başlanğıcı deməkdir. Hər hansısa bir məmləkətdə nizamsız yağan yağış və ya əsən külək özü ilə böyük fəlakətlərə səbəb olduğu kimi, yağışın yağmadıği və küləyin əsmədiyi məmləkətlərdə də böyük fəsadların yaranmasına səbəb olur.

 

Bu nizamın istər təbiət aləmində, istərsədə insanın bioloji aləminədə olaması bir həqiqətdir. Təbiət aləmində günəşi misal çəkmək olar. Günəşin yer kürəsi üçün böyük bir əhəmiyyətə malikdir. Onun nizamlı və dəyişkənliyi dörd fəslin yaranmasına səbəb olur. Bu dörd fəslin əhəmiyyəti canlılar aləmi üçün danılmazdır. Çünki günəş enerji mənbəyidir ki, yer kürəsində hər bir canlı bu enerjidən qidalanmaqdadır. , " Göydə (ulduzlardan) bürclər vücuda gətirən və onda çıraq (günəş) və parlaq ay yaradan (Allah) uca, əbədi və bərəkətlidir." Furqan-61

 

İnsanın cismi də özünə məxsus bir nizama sahibdir. İnsanın daxili orqanlarıda daimi hərəkətlik vardır. Daxili əza üzüvlərindən birində ləngimə əgər müşahidə olarsa, bu ləngimə öz ardıyca hansısa bir xəstəliyin baş tutmasına səbəb olar.

Dünya aləmini canlandıran hərəkətlikdir. Allah hər hansısa bir canlını yaratmamışdan öncə ilk olaraq onun ruzisini yaradır:"Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsindədir..." (Hud-6)

 

Məsumlardan (ə) nəql olunan hədislərdə qeyd olunmuşdur ki, hətta Allah torpağın dərin qatında yaşayan qurdun da ruzisini əta etmişdir. Qurdun qidası ondan bir az aralıda yerləşdirilmiş, qurda qidasını tapmaq üçün özünə məxsus hiss verilmiş və onu hərəkət etməsinə vadar edilmişdir.

Hərəkətsizliyin istər fizioloji, istərsədə mənəvi aləm üçün böyük zərərləri vardır. İmam Əli (ə) buyurur: " Ən böyük dincəlmək, işləməkdədir." İşsizliyin maddi və fizioloji zərərləri olduğü kimi mənəvi zərərləridə vardır. İnsanın məşguliyyətsizliyi faydasız və zərərli məşğuliyyətə getmək təhlükəsi yaradır. İmam Əli (ə) buyurur: "Əgər iş yorğunluğa səbəb olursa, işsizlik fəsada səbəb olur."

 

Həmçinin hədislərdə “Şeytan öz qoşununu şam namazı ilə xiftən namazı arasında ezam edir!” – deyilməsinin səbəbi odur ki, bu müddət ərzində camaat evə yığışır və işsiz olur. Bu məqsədlə həmin anlar “qəflət saatı” adlanmışdır. Şam namazı ilə xiftən namazı arasında qılınan “qüfeylə” namazının “qüfeylə” adlandırılması qəflətin zərərli təsirlərini azaltması ilə əlqədardır.

 

Cismin sağlamlığı fizioloji hərəkətdədirsə ruhun sağlamlığı isə " zikr"i hərəkətdədir. Zikr ərəb məşəli sözdür, anma, anlatma, xatırlama, yada salma kimi mənaları özündə əhatə edir. Zikrin özunudə iki yerə bölmək olar: xeyirli zikirlər və zərərli zikirlər.

Xeyir zikirlər ruhda müsbət aktivlik yaradırsa, zərərli zikirlər “nəfsul- əmmarədə” (pisliyə sürükləyən nəfs) mənfi aktivlik yaradır. İnsan düşüncələrində yaranan boşluqlar, mütləq olaraq ya müsbət zikirlərlə doldurulmalı yada mənfi zikirlərlə doldurulmalıdır.

Zikirlərin ən xeyirlisi Allahı daima yad etməkdir. "Göylərdə və yerdə nə varsa (hamısı), (bütün varlıq aləminə) hökmran, (hər bir eyb və nöqsandan) pak, yenilməz qüdrət sahibi və (yaradılış mərhələsində) gözəl yaradan, (şəriətdə) mətin olan Allaha daim (dil və hal ilə) zikr edir." (Cümə -1)

 

Ayədə görsəndiyi kimi yer və göy əhlinin hər biri Allahı xatırlamaqdadır. Allahı xatırlamaq inanc əhli üçün sevinc və ləzzətdir. İmam Əli (ə) buyurub:“Allahı zikr edib xatırlamaq hər bir təqvalının (pəhrizkarın) sevinc və şadlığıdır və hər bir yəqin əhlinin ləzzətidir.”

 

Namaz, oruc, dua da ilahi zikirlərdən sayılır. Əmələ bağlı olmayan zikirlər öz təsirini itirər, bu zikirlərin çoxluğunun təsiri belə olmaz. Gündüzləri oruc olan, gecələri ibadətlə məşğul olan kəs, qeybət, yalan, söyüş, böhtan və ilaxır kimi çirkin əməlin sahibi olarsa zikrin ləzzətini dada bilməz. Hz. Muhəmməd (s.ə.a.v): “Hər kim Аllаhа itаət еdərsə, nаmаz qılmаsı, оruc tutmаsı və Qurаn охumаsı аz оlsа bеlə, Allahı yаd еtmişdir. Hər kim Allahın əmrindən çıxıb günah edərsə, nаmаz qılmаsı, оruc tutmаsı və Qurаn охumаsı çox оlsа bеlə, Allahı unutmuşdur.”

 

İtaətli zikr möminin sərmayəsi, əksi isə şeytanın sərmayəsidir. İmam Əli (ə): “Allahı zikr etmək hər bir möminin sərmayəsidir və onun qazancı isə şeytan(ın şərin)dən salamat qalmasıdır” deyə buyurub.

 

Şeytan müxtəlif yollar və bəhanələrlə insanı ilahi zikirdən yayındırmağa çalışmışdır. İctimai televiziyalarda müxtəlif əyləncəli şou verilişlərinin çoxluğu, çılpaq şəkildə kişi və qadınların nümayişi, müxtəlif stol üstü oyunların oynanılması, falçılıqın yayılması, müşküllər zamanı İlahi qapıdan başqa digər qapılara yönəldilməsi sosial şəbəkələrdə eyş və işrət məclislərinə məxsus musiqi ilə çılpaq insanların foto və video roliklərin vüsət alması, içki və narkomaniyanın yayılması buna nümunədir:"Həqiqətən, Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?"  Maidə-91.

 

Zikr, ruhun qidasıdır. Yuxarıda sadaladığımız nəsnələr isə insanı İlahi zikirlərdən uzaq edir. Düzgün zikirlərin yerini zərərli zikirlər doldurur. Nəticədə insanın qəlbi qəsavət bağlayır və Allahdan uzaq düşür. İmam Sadiq (ə) buyurur: " Allah Musaya (ə) vəhy etdi : ... Ey Musa, zikri ( məni xatırlamağı) tərk edənin qəlbi daşlaşar."

 

Şeytanın şərindən və mənəvi tənəzzüldən yeganə nicat yolu Allahın günlərini xatırlamaqdır: "... Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən, bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır." (İbrahim-5)

 

İmam Sadiqdən (ə) nəql olunan və bu ayəni möhkəmlədən bir hədisdə belə buyrulur: “Biz Əhli-beytin (həqiqi) şiələri (və tərəfdarları) öz aralarında mehribandırlar. Onlar o kəslərdir ki, xəlvətə çəkildikləri zaman Allahı zikr edib xatırlayarlar. Həqiqətən də Bizi zikr etmək, Allah zikrindəndir. Həqiqətən, əgər Bizim adımız çəkilərsə, Allahın adı çəkilmiş olar (çünki Biz, Allahın yaradılış aləmində olan ən böyük nemətiyik, Allahın nemətini də xatırlamaq, elə Onun Özünü xatırlamaq deməkdir) və əgər Bizim düşmənimizin adı çəkilərsə, şeytanın adı çəkilmiş olar.”

 

İslaminSesi
Elnur Əli oğlu

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system