NAMAZ VAXTLARI:
  • FƏCR 06:31
  • GÜN 07:58
  • ZÖHR 12:37
  • ŞAM 17:35
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu

Oxundu: 352
Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu

Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumu tətbiq olunacaq.

 

"İslaminSesi.info" “APA-Economics” -ə istinadən  xəbər verir ki, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə rüsum 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 4 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 20 manat, 1 iş günü verildikdə və ya dəyişdirildikdə 25 manat məbləğində müəyyən edilib.

 

Xatırladaq ki, mövcud qanuna əsasən, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan 16 yaşına çatmamış vətəndaşlığı olmayan şəxslər dövlət rüsumunu ödəməkdən azaddırlar.

 

Qeyd edək ki, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşına şəxsiyyət vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə qanunun 14.3-cü maddəsində nəzərdə tutulan şəxslərdən( 15 yaşı tamam olmuş şəxslərdən) daha aşağı məbləğdə dövlət rüsumunun müəyyən olunması məqsədi ilə hazırlanıb.

 

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system