Sevinc Fətəliyevanın dairəsində 4 məntəqənin nəticələri ləğv olundu

Oxundu: 139
Sevinc Fətəliyevanın dairəsində 4 məntəqənin nəticələri ləğv olundu

30 saylı Suraxanı birinci seçki dairəsi üzrə Milli Məclisə keçirilən seçki nəticələrinin ləğv edilməsi ilə bağlı MSK-ya daxil olmuş müraciətlərə baxılıb.

 

İslaminSesi xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında həmikn dairə üzrə şikayətlər haqqında MSK üzvü İlham Məmmədov məlumat verib.

 

O bildirib ki, həmin dairədən namizəd Simnarə Rəfullayeva dairənin 12,14, 16, 18 saylı məntəqələrində pozuntuların olduğunu iddia edib.

 

MSK üzvü araşdırmaların nəticəsində bir neçə məntəqə üzrə seçki nəticələrinikn ləğv olunmasını təklif edib. MSK ekspert qrupunun rəyi ilə namizədin şikayəti qismən təmin olunub.

 

Qeyd edək ki, 30 saylı seçki dairəsindən qalib namizəd Sevinc Fətəliyevadır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system