NAMAZ VAXTLARI:
  • FƏCR 03:36
  • GÜN 05:17
  • ZÖHR 12:37
  • ŞAM 20:18
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

"Sev, Mübarizə Apar, Yaşa" şüarıyla leykoz xəstələrinə dəstək üçün xeyriyyə tədbiri - FOTO

Oxundu: 219

14 aprel 2019-cu il tarixində "Mədinəgülü" sarayında Milli Mənəvi İnkişaf və Həmrəylik İctimai Birliyinin təşkilatçılığı ilə "Sev, Mübarizə Apar, Yaşa" adlı xeyriyyə tədbiri keçirilib.

“İslaminSesi” xəbər verir ki, tədbirdə ölkənin tanınmış ictimai xadimləri, alimlər, psixoloqlar, yazıçılar, ilahiyyatçılar, şairlər, məddahlar, media nümayəndələri və müxtəlif təbəqədən olan xeyriyyəçi insanlar iştirak edib, əxlaqi, elmi, fəlsəfi, maarifləndirici, psixoloji və ilham verici mövzularda çıxışlar edilib.


Tədbirin qonaqları olan üç bestseller kitabın müəllifi, filosof-şərqşünas və psixoloq Rövşən Abdullaoğlu, "Metafizika düşüncələri" və "Din fəlsəfəsi" kitablarının müəllifi, fəlsəfə dokturu, pedaqoq Mail Yaqub, “Yalanın Beynəlxalq Araşdırılması Akademiyası”nın mütəxəssisi, profayleri, biznes təlimçi, yalan üzrə ekspert və "60 saniyədə insan tanıma sənəti " kitabının müəllifi Təbriz Hacınski, "Buqələmun" və "Ortaq şəhər" kitablarının müəllifi Ülviyyə Tahir, "Qalaqurma" kitabının müəllifi Azər Elşadoğlu, "Sən dünyanın xilaskarısan" kitabının müəllifi Anar Həsənov, ilahiyyatçılar hacı Şahin Həsənli və Bəhruz Camal, şairlər Zamiq Kövsəri, Vüsalə Vətənxan, Ağasəlim Əmri Binəli ilhamverici və mənəviyyat dolu çıxışlar ediblər, "Qarabağ" ilahi nəğmələr qrupu tərəfindən ilahilər oxunulub. Dinləyicilərə uğurlu və cəmiyyətə faydalı insan olmağın, özünü inkişaf etdirməyin yollarından, insanları sevməyin və xeyirxahlığın gözəlliyindən danışılıb.

 

Leykemiya ilə Mübarizə İctimai Birliyinin rəhbəri Mehriban Bağırova təşkilat adından hər kəsə minnətdarlığını bildirərək, Milli Mənəvi İnkişaf və Həmrəylik İctimai Birliyinin rəhbəri Rəşad Dadaşova və "Mədinəgülü" sarayının rəhbərinə təşəkkürnamə təqdim edib.

 

Mehdi Dərbəndinin aparıcılıq etdiyi tədbirin iştirakçıları arasında keçirilən viktorinada suallara düzgün cavab verənlərə kitablar və Məşhəd ziyarəti hədiyyə olunub.

 

Bundan başqa, tədbirdə kitab və müxtəlif əl işləri sərgisi olub. Sərgidən əldə edilən vəsait də leykoz xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə ayrılıb. Bilet satışından əldə edilən 1200 AZN "Leykemiya ilə mübarizə" ictimai birliyinin hesabına köçürülərək, qan xərçəngindən əziyyət çəkən uşaqlara ianə olunub.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system