NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:islaminsesi2015@gmail.com +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 505
Səudiyyənin zəbt etmək istədiyi strateji şəhərdə anti-işğalçı aksiyalar keçirilib

Səudiyyənin zəbt etmək istədiyi strateji şəhərdə anti-işğalçı aksiyalar keçirilib

Səudiyyə Ərəbistanı koalisiyası 10 gündən artıqdır ki, sahildə yerləşən Yəmənin strateji əl-Hudeyda şəhərini zəbt etmək üçün bölgəni hava quru və sudan hədəfə alır. Səudiyyə koalisiyası irimiqyaslı hücuma baxmayaraq yalnız şəhərin cənubundakı hava limanının bir hissəsini nəzarətə götürə bilib.

İslaminSesi.info əl-Məsira telekanalına istinadla xəbər verir ki, ötən gün əl-Hudeyda şəhəri izdihamlı anti Səudiyyə koalisiyası aksiyalarının şahidi olub.

 

Aksiyaların yekun bəyanatında bildirilib ki, Səudiyyə və koalisiyası yalan əsaslarla ölkənin bütününü zəbt etmək istəyir. əl-Hudeyda sakinlərinin keçirdiyi aksiyanın yekun bəyanatında müsəlman dövlətləri və BMT kimi beynəlxalq təşkilatlardan tələb edilib ki, yəmənlilərin xüsusilə də əl-Hudeyda sakinlərinin qarşısında olan insani borclarını yada salaraq, Səudiyyə və koalisiyasının təcavüzlərinə qarşı hərəkətə keçsinlər.

 

Bu aksiyanın yekun bəyanatında gəlib ki, “Əgər təcavüzkar qüvvələr bütün dünyanın ordularını səfərbər etsələr belə biz müqavimət göstərəcəyik və Səudiyyə koalisiyasının təcavüzkar, işğalçı, vandal olması qənaətindən daşınmayacaq və sona qədər müdafiə və azadlıq döyüşümüzü müqəddəs biləcəyik.”

 

Səudiyyə koalisiyası irimiqyaslı hücuma baxmayaraq yalnız şəhərin cənubundakı hava limanının bir hissəsini nəzarətə götürə bilib. Səudiyyə koalisiyası bu şəhərin ələ keçirilməsi ilə husiləri və onlarla müttəfiq olan Yəmən Ordusunu sahildən uzaqlaşdıracağını düşünür. BMT , müxtəlif beynəlxalq humanitar və hüquq təşkilatları bildirib ki, bu şəhər Yəmənin əhalisinin üçdə birinə gedən humanitar yardımlarının dəhlizidir və onun döyüş bölgəsinə çevriləcəyi zaman Yəməndə 8 milyon insan daha acınacaqlı vəziyyətlə üzləşəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system