Səudiyyənin Yəmənə son hücumunda 19 uşaq həyatını itirib – UNICEF

Oxundu: 80
Səudiyyənin Yəmənə son hücumunda 19 uşaq həyatını itirib – UNICEF

Səudiyyə kolisiyasının Yəmənə qarşı etdiyi son hava hücumunda 40-dan artıq azyaşlı ölüb və yaralanıb.

 

İslaminSesi xəbər verir ki, bu barədə Fransa mətbuatı UNİCEF-ə istinadən məlumat yayıb.

 

UNICEF-in (Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu) məlumatına görə Səudiyyə qırıcılarının Şimali Yəməndə, Al-Couf əyalətinin Al-Maslub məntəqəsinə etdiyi hava hücumu nəticəsində ümumilikdə 35 azyaşlı ölüb və yaralanıb.

 

Mənbənin xəbərinə görə şənbə, 15 fevralda edilən hücum nəticəsində 8 qız, 11 oğlan olmaqla 19 uşaq həyatını itirib. Altı qız, 9 oğlan uşağı olmaqla isə ümulikdə 18 nəfər yaralanıb.

 

Həmçinin qeyd edək ki, Yəmən Səhiyyə Nazirliyinin həmin hücumla bağlı hesabatına əsasən düşmən təyyarələrinin son hücumu nəticəsində 26 uşaq daxil olmaqla 35 nəfər həyatını itirib, 18 azyaşlı daxil olmaqla 23 nəfər yaralanıb.

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system