NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 200
Səudiyyənin Yəmənə endirdiyi hava zərbələri müharibə cinayətidir - HRW

Səudiyyənin Yəmənə endirdiyi hava zərbələri müharibə cinayətidir - HRW

Səudiyyə başçılığındakı koalisiya 2017-ci ilin İyundan bəri Yəmənə 5 qanunsuz hava zərbəsi endirib, nəticədə 26-nın uşaqlar olduğu 39 mülki şəxs həlak olub.

İslaminSesi-nin verdiyi məlumata görə, bunu bu gün mənzil qərargahı ABŞ-da yerləşən Human Rights Watch qeyri-hökümət təşkilatı bildirib . Təşkilat dünyanın 70-dən çox ölkəsində insan hüquqlarının pozulması hallarını araşdırmaqla məşğuldur.

 

"Dörd ailənin evləri və ərzaq mağazasına endirilmiş, bir halda bir ailənin 14 üzvünü öldürmüş hücumlar müharibənin qanunlarını pozaraq mülkilərin həyatının kütləvi itirilməsinə səbəb olub. Bilərəkdən və ya ehtiyatsızlıq üzündən həyata keçirilən bu hücumlar müharibə cinayətləridir",- bəyanatda deyilir.

 

HRW bu hücumların Səudiyyə koalisiyasının müharibə qanunlarına uşaqların təhlükəsizliyi üzrə daha yaxşı riayət edəcəyi barədə verdiyi vədlərini yerinə yetirmədiyini göstərir və BMT Səudiyyəni müharibə zamanı uşaqlara qarşı pozuntulara görə dərhal illik "Rüsvayçılıq siyahısı"na yenidən daxil etməlidir.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system