NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 3924
Səudiyyənin vəhhabi alimlərini hələ belə qəzəbləndirən təklif olmamışdı

Səudiyyənin vəhhabi alimlərini hələ belə qəzəbləndirən təklif olmamışdı

Həcc mərasiminin beynəlxalq tərəflərə tapşırılması Səudiyyə və vəhhabi alimlərini qəzəbləndirib

İslaminSesi.info xəbər verir ki, 2015-ci ildə həcc mərasimi zamanı Səudiyyənin aidiyyatı orqanlarının səhlənkarlığı nəticəsində 2 minə yaxın zəvvar izdiham səbəbindən həlak olmuşdu. Həlak olanlardan 460 nəfəri iranlı zəvvarlar idi. O zaman İran Həcc mərasiminin keçirilməsinin müsəlman ölkələrindən ibarət olan beynəlxalq tərəfə tapşırılmasını təklif etmişdi.

 

Ötən ildə Səudiyyə və koalisiyası tərəfindən siyasi sanksiyalara məruz qalan və iqtisadi blokadaya salınan Qətər də eyni təklifi verib. Qətər rəsmiləri də təklif ediblər ki, Həcc mərasiminin keçirilməsi beynəlxalq tərəflərə tapşırılsın.

 

Səudiyyə rəsmilərinin bu məsələyə olduqca həssas yanaşdıqları onların sərt reaksiyalarından məlum olub.

 

Səudiyyənin vəhhabi alimlərdən ibarət “Böyük Alimlər Şurası” bu təklifləri sərt şəkildə tənqid edib.

 

Bu şuranın bir üzvü Şeyx Abdulla ət-Türki bu təklifləri şeytani təklif adlandırıb.

 

Məscidul-haramın işləri idarəsinin sədri Əbdürrəhman Sudeys də öz növbəsində bildirib ki, iki hərəmin beynəlxalqlaşdırıması təhlükəli, şübhəli və çox pis təklifdir.

 

Qeyd edək ki, Həcc mərasiminin keçirilməsi məsələsində Qətər və İran tərəfindən son zamanlarda irəli sürülən bu təklif yeni deyil. Tarix boyu Məkkə və Mədinəyə yollanan hacılar orada həcc əməllərinə aid olan ayinlərin həyata keçirilməsi qarşısında Səudiyyə orqanları tərəfindən tətbiq edilən maneələrdən şikayətləniblər. Dünyanın müxtəlif bölgələrindən gələn müsəlmanları bir araya gətirən və onların problemlərini müzakirəyə çıxaran ən mühüm islami ayin həcc ayinidir və onun ən mühümmü də "Bəraət" ayinidir. Bu ayinə əsasən müsəlmanlar  öz düşmənlərini tanımalı tanıtdırmalı və onlara qarşı tədbirləri müzakirə etməlidirlər. Lakin Səudiyyə rejimi dini ayinləri siyasiləşdirmək olmaz bəhanəsilə, Həccdəki 3-4 milyonluq müsəlmanların toplumunun vahid rəyə və yekdil siyasi-ictimai düşüncəyə malik olmasına maneə yaradır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system