NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 2690
Səudiyyənin tanınmış vəhhabi aliminin yeni fətvası: Hakimiyyəti söyən ...

Səudiyyənin tanınmış vəhhabi aliminin yeni fətvası: Hakimiyyəti söyən ...

“Hakimiyyəti və alimləri söyən zamanda müsəlman gərək bunu pisləsin. Əgər fayda verməsə hakimiyyətə xəbər versin. Çünki bu xəvaricdəndir.”

İslaminSesi.info alnahdanews.com-a istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın “Böyük Alimlər Şurası”nın üzvü Saleh əl-Fouzan deyib.

 

Əs-Səbəq qəzetinin məlumatına görə vəhhabi aliminə son günlərdə belə bir sual ünvanlanıb:

 

“Belə bir zamanda bəziləri var ki, hakimiyyətdəkiləri və alimləri söyürlər. Özü də belə bir zamanda. Bu anda müsəlmanın öhdəliyi nədir?”

 

Saleh əl-Fouzan sualın cavabında bunu deyib:

 

“Birinci onun bu işini pisləsin. Çəkinməsə hakimiyyət orqanlarına xəbər versin. Çünki bu adam xəvaricdəndir.”

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin-Salman son günlərdə Saleh əl-Fouzana baş çəkmişdi.

 

Saleh əl-Fouzanın totalitar ərəb rejimlərinin lehinə verdiyi fətvalar bununla bitmir. Hətta İsrail Ordusunun sözçüsü Afiğay Adrai də fələstinlilərin aksiyalarını qeyri-qanuni olduğunu deyərkən vəhhabi alimi Saleh əl-Fouzanın fətvasına istinad etmişdi. Fələstinlilərin "Dönüş Yürüşü" keçirdiyi zamanda Afiğay Adrai bu əməli xaos hesab etmiş və xaos yaratmağın haram olması haqda Saleh əl-Fouzanın fətvasına istinad etmişdi.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system