Səudiyyənin mərkəzində festival biabırçılığı – Musiqi, rəqs, qucaqlaşma... (VİDEO)

Oxundu: 3302
Səudiyyənin mərkəzində festival biabırçılığı – Musiqi, rəqs, qucaqlaşma... (VİDEO)

Səudiyyənin mərkəzi ər-Riyyadda keçirilən “boya yarışmasında” baş verənlər ölkə ictimaiyyətində etirazlara səbəb olub.

 

İslaminSesi.info xəbər verir ki, görüntülər RT.Online səhifəsi paylaşım edib.

 

Paytaxt ər-Riyadda “İncəsənət Mövsümü” çərçivəsində keçirilən boya festifalında ölkə əhalisi üçün gözlənilməz hadisə baş verib.

 

20 minə qədər insanın toplaşdığı festivalda insanlar müsiri sədaları altında rəqslər edib, hətta qız və oğlanlar digərlərinin gözü qarşısında öpüşüblər də... Qızların hicabsız, yarı çılpaq olması xüsusi diqqət çəkib. Hətta səudiyyəli ictimai fəallar belə görüntüləri sosial şəbəkələrdə paylaşım edərək hökümətə və din alimlərinin susmasına etiraz ediblər.

 

Xatırladaq ki, Səudiyyə Ərəbistanı kimi mühafizəkar bir bu kimi halın baş verməsi heç də normal deyil.

 

Qeyd edək ki, Səudiyyə hakimiyyəti turizm sektorunun inkişafı məqsədi ilə ölkədə, xüsusən də xarici turistlərə qarşı yumşaq mövqe sərgiləməyə başlayıb.

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system