NAMAZ VAXTLARI:
  • FƏCR 05:06
  • GÜN 06:26
  • ZÖHR 12:34
  • ŞAM 18:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyənin "Bəhri Yənbu" silah daşıyan gəmisi İtaliyadan da qovuldu

Oxundu: 327
Səudiyyənin

Səudiyyənin silah daşıyan "Bəhri Yənbu" yük gəmisi İtaliyanın Genuya şəhər limanından yüksüz qayıtdığı bildirilib.

 

“İslaminSesi” əl-Aləmə istinadən xəbər verir ki, bu barədə səudiyyəli aktivistlər sosial şəbəkələrdə paylaşımlar ediblər və "Bəhri Yənbu" bəmisinin İtaliya sərhədlərindən uzaqlaşdığı bildirilib.

 

Silah daşıyan gəmi sahildə vətəndaşların etirazı, Səudiyyəyə qarşı sloqanlarla qarşılaşıb. İnsanlar Səudiyyəni Yəmən muharibəsində ittiham edərək uşaq qatili adlandırıb.

 

Xatırladaq ki, "Bəhri Yənbu" yükdaşıyan gəmisi bir gün öncə Fransa sahillərinə yan alıb, bu ölkədən aldıqları silahları təhvil alacaqdı. Sahildə etirazlarla, vətəndaşların "Müharibəyə YOX!" və "Limanlar müharibələrə bağlı, miqrantların üzünə açıqdır!" yazılı plakatları ilə qarşılaşmışdı. Fransa sahillərindən uzaqlaşmağa məcbur olan gəmi İtaliya sularına üz tutmuşdu.

 

"DPA"   Alman xəbər agentliyinin məlumatına görə "Bəhri Yənbu" gəmisi bu limandan da boş dönüb. 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system