NAMAZ VAXTLARI:
  • FƏCR 06:08
  • GÜN 07:33
  • ZÖHR 12:26
  • ŞAM 17:38
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 67
İstefasını Səudiyyədən verən Livan baş nazirinin müsahibəsi onu pis vəziyyətə qoydu

İstefasını Səudiyyədən verən Livan baş nazirinin müsahibəsi onu pis vəziyyətə qoydu

Livan baş naziri Səd əl-Həriri cari ayın əvvəllərində Səudiyyə Ərəbistanına səfəri zamanı əl-Ərəbiyyə telekanalına çıxaraq istefa verməklə livanlıları şoda salmışdı. Əksəriyyət onun Səudiyyə tərəfindən bu işə məcbur edildiyini deyirdilər. Onun ölkəyə qayıtmaması və ötən gün verdiyi ilk müsahibə, barəsində olan şübhələri doğrultmağa başlayıb.

İslaminSesi.info xəbər verir ki, Səd əl-Həriri cari ayın əvvəllərindən Livanın baş nazirliyindən istefa verdikdən sonra  ötən gün ilk dəfə olaraq müsahibə verib.

 

Əl-Müstəqbəl telekanalına  verdiyi müsahibədə danışıan əl-Həriri istefasının səbəbinin Səudiyyə hakimiyyəti tərəfindən həyata keçirilən təzyiqlə olmadığını deyib.

 

Livandakı vəziyyətə görə İranla Hizbullahı yenə təqsirləndirən sabiq baş nazir ölkədəki vəziyyətin həllinin dialoq olduğunu deyib.

 

Amma livanlılar əl-Həririnin Səudiyyədən verdiyi bu müsahibəyə istefası kimi yenə də şübhəli baxıblar.

 

Livanlı fəallar verilən müsahibədən əl-Həririnin Livanda baş verənlərdən xəbərsiz olduğunu deyiblər və bunu, əl-Hərinin lazımi rabitə imkanlarından məhrum edilməsi ilə əlaqələndiriblər.

 

Bəzi fəallar, əl-Müstəqbəlin yayımladığı müsahibədə arxa planda düşən naməlum şəxsin əl-Həririyə nələrisə diktə etməsi görüntülərini sübut gətirərək, əl-Hərirnin müsahibəsinin təzyiq altında həyata keçdiyini bildiriblər.

 

Ekspertlərin fikrinə görə əl-Həriri ötən günkü müsahibə ilə Səudiyyədə təzyiq altında olduğunu bir daha nümayiş etdirdi. 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system