DÜNYA

Oxundu: 60
Səudiyyədə milyarderlər və rəsmilərin dondurulmuş hesabları 370-i keçib

Səudiyyədə milyarderlər və rəsmilərin dondurulmuş hesabları 370-i keçib

Səudiyyə Ərəbistanında şahzadə, milyarder və iş adamlarına məxsus dondurulmuş bank hesablarının sayı 376-a çatıb.

İslaminsesi.info Səudiyyə Ərəbistanı mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat verib.

 

Səudiyyənin Baş prokuroru və Korrupsiyaya qarşı Ali Komitəsinin üzvü Səud əl-Mucib bildirib ki, artıq saxlanılanların çoxu mənimsənilən pulları qaytarmağa razılıq veriblər və növbəti mərhələdə müvafiq addımlar atılacaq.

 

Səudiyyə mənbələri bildirir ki, ölkədə korrupsiyaya qarşı mübarizə kimi iddia edilən həbslər dalğasında ümumilikdə 320 milyarder, şahzadə, ölkə rəsmisi və iş adamı saxlanılıb.

 

Mötəbər mənbələrin məlumatına görə kral oğlu Məhəmməd bin Salman ilkin mərhələdə saxlanılan tanınmış şəxslərdən azı 120 milyard dollar müsadirə etmək niyyətindədir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system