SİYASƏT

Oxundu: 1872
"

Səudiyyədə əslində nə baş verir və bundan sonra nələr ola bilər? - Maksim Şevçenkodan mükəmməl şərh

Tanınmış rusiyalı jurnalist Maksim Şevçenko son vaxtlar Səudiyyə ərəbistanı daxilində baş verən gərgin siyasi hadisələr və bu hadisələrin baş vermə səbəbləri, eyni zamanda kral hakimiyyətinin bundan sonrakı taleyi ilə bağlı maraqlı şərhlə çıxış edib

 İslaminSesi sözügedən videogörüntülərini və tərcüməsini oxucularına təqdim edir.


“Salam. Bu gün Səudiyyə Ərəbistanı və ətrafında baş verənlər barədə danışaq. Düşünə bilərik ki, Səudiyyə kralı Salmanın 32 yaşlı oğlu, müdafiə naziri Məhəmməd bin Salmanın köməyi ilə xanədanlıq daxilində etdiyi çevrilişin bizlərə heç bir aidiyyəti olmasın. Bizlər üçün səud hakimiyyətində təmsil olunan hələ ki, yüzlərlə, amma xadimlərlə birlikdə minlərlə şahzadələrin, müxtəlif növ milyoner və milyarderlərin həbs edilməsi nə deməkdir?

 

Əgər Səudiyyə Ərəbistanı Qərbin maliyyə sisteminin əsas bünövrə daşı olmasa idi, onda çox rahatlıqla deyə bilərdik ki, Səudiyyədə baş verən hadisələrin bizlərə heç bir aidiyyəti yoxdur.

 

Xatırladım ki, çevrilişdən bir müddət öncə kral Salman və onun vəliəhdi Məhəmməd, həmçinin hazırda həbsdə olan şahzadələr, eyni zamanda 17 milyard dollar sərvətə malik Twitter-in sahibi olan bin Vəlid də Rusiyada oldular və Vladimir Putinlə, hökümət elitasının başçıları ilə qucaqlaşıb, səmimi formada öpüşüb görüşdülər.

 

Lakin dünyanı dollarla idarə edən Qərbin koloniya sisteminin əsas işlərinin, xüsusilə dolların qiymətinin bir başa Səudiyyə neftinin bazara çıxarılma həcmi ilə əlaqəli olduğunu nəzərə alsaq, onda çox rahat formada deyə bilərik ki, Səudiyyə daxilində baş verənlərin bütün insanlığa aid bir məsələdir.


Əvvəla – Səudlar Əfqanıstan müharibəsindən sonra uzun müddət bütün dünyada terrorçu vahhabizmin əsas sponsorları və yayanları oldular. Onlar nəhəng pullarla və amerika lisenziyasına malik olaraq öz real fəaliyyətləri ilə İslam dünyasının etibardan salınması və sarsıdılması üçün yüz minlərlə, bəlkə də milyonlarla insanı bu təkfirçi, ağılsız ideologiyaya yoluxdurdular.

 

O ideologiya ki, həqiqətdə orta əsrlərə dayanır və deyir ki, əgər sən özünə müsəlman deyir və bununla yanaşı Səudiyyə Ərəbistanındakı alim və ilahiyyatçıların hansısa yolla çıxardıqları ehkamları tanımırsansa onda sən pis müsəlmansan və səninlə istənilən formada rəftar etmək, hətta öldürmək belə olar. Bu, təkfirçilik adlanır. Səudlar təkfirçilik şüarı ilə İslam dünyasında İran və İslam İnqilabına qarşı duraraq, həm də ərəb ölkələrini ard-arda işğal edərək faktiki olaraq genişlənmələr həyata keçirirdilər. Və bu onlarda çox uğurlu tərzdə alınırdı, o vaxta qədər ki, Suriyada əngləri yumruğ aldı. Suriya müharibəsi Səud genişlənməsinin ilk ciddi uğursuzluqlarıdır. Bu, ilk vəziyyətdir ki, onların nəhəng, inanılmaz pulları döyüş meydanında heç nə edə bilmədi, Hansı ki, hər şeyi Hizbullah döyüşçülərinin qəhrəmanlığı; Suriya hökümətinin müqaviməti və xüsusilə desək vətəndaş müharibəsinin son mərhələsində - 2015-ci ildə gələn Rusiya kosmik hava qüvvələri qruplaşması həll etdi. Və bu ilk, çox ciddi qırılma idi.

 

Suriyanın belə ələ keçirilməsində, bölünməsində Səudiyyə və onunla bu genişlənməyə cavabdeh olan amerika elitası çox ciddi strategiya qururdu.

 

Eyni zamanda bu, qeyd edilməli vacib nöqtədir ki, hazırda heç bir vahid Amerikadan söhbət gedə bilməz və belə bir Amerika yoxdur, biz bunu artıq çox gözəl bilirik. Respublikaçılar və Demokratlar var – bunlar kobud ayrılmadır.

 

Və Birləşmiş Ştatların Səudiyyə Ərəbistanındakı əsas məqsədində də elə bu var idi. Səudlar həmişə ənənəvi olaraq Respublikaçılar Partiyasına və ona bağlı ExxonMobile, Shevron və s. bu kimi neft şirkətlərinə bağlı idilər. Son illərdə Obamanın hakimiyyəti zamanında Səud elitasının bir hissəsi şübhəsiz ki, Demokratların tərəfinə yatırımlar etdi və onların insanlığa qarşı qlobal saxtakarlıq və kəşfiyyat layihələrinə qoşuldular. Bu layihələrə iqlim, informasiya texnologiyaları və başqalarını göstərmək olar. Baxın ki, Səud elitasının həmin hissəsi indi həbs ediliblər və repressiyalara uğradılırlar.

 

Krallığın Respublikaçılarla, həmçinin Trampın ailəsi ilə bağlı olan hissəsi isə toxunulmazdır. Məhəmmədin Trampın kürəkəni Kuşnerlə çox sıx əlaqələri var. İvanka Trampın əri olan Cared Kuşner Amerikadakı sağ sionist lobbisi ilə əlaqəlidir və Netanyahu, liberman kimi İsrailin sağ qolunun amerika siyasətinə təsirinin əsas elementlərindən biridir. Bu üçbucaq (Tramp-Məhəmməd bin Salman-Cared Kuşner) yetərincə tamamlanır.

 

Həbslər isə Trampın səfərindən sonra başladı. Tramp Səudiyyə elitasından özlərini fəlakət həddinə gətirib çıxaran keçmiş siyasətlərinə son qoymasını tələb etdi. Mən bayaq Suriyanı xatırlatdım, amma Yəmən də vardır ki, Səudiyyə oranı rəsmən işğal edib, lakin oradakı partizanlar raketlərlə Səud paytaxtına zərbələr endirir.

 

Aydın olur ki, bu formatda Səudiyyə Ərəbistanı məhv olma və fəlakətin eşiyinə gəlib, belə ki, bu dövlət müxtəlif klanların maraqlarından tikilmiş qırışıq yorğana bənzəyir. Bu klanlar kral Əbdüləzizin ailəsinin ətrafında formalaşıblar. Və bu ailədə baş verənlərin vətəndaş müharibəsi ilə nəticələnə biləcəyi riski təbii ki, amerikalıları qorxutdu. Onlar Məhəmməd bin Salman və kral Salmanın qarşısına krallıq taxtındakı vəliəhdlik postunda dəyişiklik etmək barədə ultimatum qoydular. Bundan öncə krallar XX əsrin əvvəllərində Səudiyyənin əsasını qoyan Əbdüləzizin oğlanlarından olurdu. Bu oğlanların hamısının yaşı kral olanda 70-80 yaşa çatırdı, indiki Salmanın yaşı 80-dir. Və Salmanın ölməsindən sonra Əbdüləzizin daha oğlunun olmadığı aydın olduğundan növbəti nəsil öz aralarında davaya başladılar. Səudiyyədə olacaq vətəndaş müharibəsi isə ABŞ üçün ən ağır nəticələrə gətirib çıxarar. Bu ona gətirəcək ki, dərhal neft sahələrində müharibə başlayacaq, neftin qiyməti kəskin artacaq ki, amerikanın neftini rəqabətə davamsız edəcək. Ona görə amerikanın nəzərində ümumi böhran fonunda krallığda baş verməli olan qaçılmaz vətəndaş müharibəsindən qorumaq üçün onlar bir neçə dovşanı öldürərək Məhəmməd bin Salmanın bu çevrilişinin təşəbbüskarı oldular. Onlar çevriliş üçün Obama və Demokrat Partiyasının bütün həmkar və tərəfdaşlarını hakimiyyətdən uzaqlaşdırdılar, bununla da Demokratları Səudiyyənin ən varlı şahzadələrinin maliyyə dəstəklərindən məhrum etdilər.

 

Xatırladım ki, bin Vəlid açıq şəkildə anti-Tramp mövqeyi sərgiləyirdi. Onlar bununla həmçinin öz pul kisələrini kənar problemlərdən də sığortaladılar. Hərçənd ki, bu pul kisəsi, yəni Səudiyyə Ərəbistanı bu problemlərə özü burun soxur. Səudlar indi krallıq daxilindəki bu təmizləmələri həyata keçirərək xalqı və regiondakı müttəfiqlərini ölkə daxilindəki düşmənlə müharibə şüari altında birləşdirməlidirlər. Onlara xarici düşməni axtarmaq üçün uzağa getməyə ehtiyac yoxur, bu, sözsüz ki, İran və qatqısı artıq Səud muzdlularını məğlubiyyətə uğradan Hizbullahdır. Və bu məğlubiyyətlərin əsaslarından biri ana tərəfdən səudiyyəli və kral ailəsinin üzvü olan Livanın baş naziri Səid Həriridir ki, Ər-Riyadda olarkən öz postundan imtina etdi və bunda Hizbullahı günahlandırdı. Mən sizi oradakı qəbilə daxili sonsuz, amma inanın mənə çox maraqlı çaxnaşmalarla, kimin kimə bağlı olması - bütün bunlar Yaxın Şərqdə əhəmiyyətlidir - ilə yormaq istəmirəm. Amma tamamilə aydındır ki, Səudiyyə Ərəbistanının mövqeyini təbii ki, İsrail də dəstəklədi. Səud-İsrail bloku artıq Misirdə prezident Mursinin qanuni hökümətinin devrilməsində səmərəli şəkildə işləyirdi. O zaman polkovnik Sisi Səudiyyənin pulları və İsrailin kəşfiyyat dəstəyi sayəsində ölkədə hərbi diktaturanı qanuni höküməti devirərək, plomyotlarla insan kütlələrini gülləbaran edərək qurdu. O zaman bu, Qərb tərəfindən qəbul edildi, çünki onların maraqlarına uyğun idi. Qərb tərəfindən Afrika, Səudiyyə Ərəbistanı, Rusiyada yaxşı qarşılanan elə bir hadisə yoxdur ki, bu onların maraqlarına uyğun olmasın. Sözsüz ki Qərbin maraqlarının əksinə olan istənilən hadisə baş verirsə bu, onların pislənməsi ilə qarşılanır. Amma Səudiyyə Ərəbistanındakı çevrilişi Tramp artıq dəstəklədi, təbii ki, yaxşı qarşıladı, necə ki, İsraildəkiləri və Yaxın Şərqdə bu gün yeni böyük müharibə qalamaq istəyənləri yaxşı qarşılayır.



  • Səudlar Türkiyə ilə də pis münasibətdədir
  • Səudlar İranla müharibə həddindədir.
  • Səudlar Hizbullahla müharibə həddindədirlər.
  • Səudla İsraillə birlikdə region ölkələri üçün ciddi problemlər hazırlayırlar.

 

Mən Səudiyyə barədə bunu da bildirmək istəyirəm ki, vəhhabi genişlənməsinin yaratdığı böhran və bu genişlənməyə cavabdeh olan Səudiyyədəki o vəhhabi alim və müftilərin həbsləri çox mühüm hadisələrdir. Çünki sentyabrın 11-də Nyu-Yorka hücum edən təyyarələrdəki sərnişinlərin, yəni ən azı terrorçuların böyük əksəriyyəti Səudiyyə Ərəbistanının vətəndaşları idilər. Səudiyyə Ərəbistanına bunun qarşılığında heç bir bomba da atılmadı. Heç nə edilmədi.

 

Belə bir qeyri-rəsmi məlumat var ki, Səudiyyə bunun qarşılığında amerikalılardan 700 milyard dollarlıq alver hesab aldı. Və Səudlar ABŞ Ağ Evi ilə 700 milyard dolların yarısını 350 milyard dollarlıq silahlanma alışı ilə bağladılar. Səudların boynundan götürülən ikinci hissə isə yalnız indi Səudiyyə ailəsindəki Obama tərəfdarları olan şahzadələrin həbs edilməsi və ailənin Trampın neo-imperiya siyasətinin alətinə çevrilməsi ilə götürüldü.

 

Maksim Şevçenko fikirlərinə belə davam edir.

 

“Mən hesab edirəm ki, vəhhabi təbliğinin dayandırılması pis deyil, hərçənd ki, inanmıram krallıq bundan imtina etsin, çünki bu onlara bütün regionda böyük sayda kamikadzelərin və “canlı ətlərin” cəlb edilməsində kömək edirdi. Amma bizim üçün bu krallığın yox olması yaxşı olardı. Bu krallıq müsəlmanların müqəddəsatını ədalətsiz şəkildə əlində saxlayan qəsbkarların ölkəsidir. Müsəlmanların müqəddəsatı, Məkkə və Mədinə beynəlxalq müsəlman cəmiyyəti tərəfindən idarə olunmalıdır. Ora bir sülaləyə məxsus olmamalıdır ki, onlardan gəlir əldə etməli olsun. Mən hesab edirəm ki, vəziyyət indi elə böhranlıdır ki, bu həbslərin nəticəsini və krallığın zəifləməsini heç kim ehtimal edə bilməz. Digər tərəfdən mən onların indi İrana qarşı həm ABŞ, həm İsraili, həm NATO blokunu, həm də Qərbin bütün digər güclərini daxil etmək üçün (hansı ki, onlar üzün illərdir özlərinin Səudiyyə kimi ailəvi, maliyyəvi sponsorlarının məğlubiyyətə uğramasına və məhv olmasına yol verməzlər) ciddi müharibəyə başlamalarını istisna etmirəm. Biz böyük müharibənin astanasındayıq, hansı ki, baş verəcəyinin böyük ehtimalı var. Hadisələri izləyəcəyik.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system