NAMAZ VAXTLARI:
  • FƏCR 05:07
  • GÜN 06:27
  • ZÖHR 12:34
  • ŞAM 18:56
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 64
Səudiyyə Yəməndə mülki şəxslərin öldürülməsi ilə bağlı istintaqı rədd edib

Səudiyyə Yəməndə mülki şəxslərin öldürülməsi ilə bağlı istintaqı rədd edib

Səudiyyə Ərəbistanı, vaxtın qeyri münasib olması bəhanəsi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Yəməndə insan hüquqlarının pozulması ilə bağlı müstəqil beynəlxalq araşdırma aparmağı tələbini rədd edib.

İslaminSesi.info əl-Aləmə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Cenevrədəki səfiri çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarının tələbinə cavab olaraq deyib ki, Yəməndə insan hüquqlarının pozulmasına dair müstəqil beynəlxalq araşdırma üçün münasib vaxt deyil.

Hollandiya və Kanada Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası tərəfindən daxili istintaqa icazə vermək qərarını dəstəkləyib. Lakin, Səudiyyə səfiri Əbdüləziz əl-Vaysel Yəmən Milli Komitəsinin araşdırma üçün daha yaxşı bir vəziyyətdə olduğunu söylədi. Həmçinin hadisə ilə əlaqədar jurnalistlərə deyib ki, "Biz məsələlərin üzlaşaraq həll olunmasını ümid etmək üçün birgə çalışırıq".

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Zeid bin Raad ötən bazar ertəsi günü bildirib: Birləşmiş Millətlər Təşkilatı, Yəməndə müharibənin başlamasından bəri ən az 5,144 mülki şəxsin öldürüldüyünü təsdiqlədi.

O əlavə edib: Səudiyyə liderliyində olan koalisiya qüvvələri Yəməndə silahsız, köməksiz vətəndaşların öldürülməsinə görə məsuliyyət daşıyır. 

Həmçinin Beynəlxalq araşdırma komissiyasının yaradılmasına çağırış edib.

Human Rights Watch  bildirib ki Səudiyyənin liderlik etdiyi koalisiya iyun ayından etibarən Yəməndə 5 qeyri-qanuni hava hücumunu reallaşdırıb və 39 nəfər ölüdən mülkü şəxsdən 26-sı uşaq olub. 


Bu hücumlar göstərir ki, İttifaqın müharibə qanunlarına riayət etməyi yaxşılaşdırması vədləri, uşaqları qorunmağa gətirib çıxarmamışdır. Silahlı qarşıdurmada uşaqlara qarşı pozuntular, Birləşmiş Millətlər Təşkilatının Səudiyyə kaolisiyasını "rüsvayçılıq" siyahısına dərhal qaytarmasını zəruri edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system