NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyə Yəmən paytaxtını bombaladı - Bir ailəni məhv etdi /Video/

Oxundu: 260
Səudiyyə Yəmən paytaxtını bombaladı - Bir ailəni məhv etdi /Video/

Səudiyyə Ərəbistanın hərbi təyyarələri bu gün səhər Yəmən paytaxtı Sənanın bir kvartalına ardıcıl hava zərbələri endirib.

 

"İslaminSesi" əl-Məsira telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın hərbi təyyarələri paytaxt Sənanın Raqqas deyilən kvartalına ardıcıl bir neçə hava zərbəsi endirib.

 

Hava zərbələri nəticəsində 4 mərtəbəli bir bina uçub.

Altı nəfərlik ailənin bütün üzvləri həlak olublar.

 

Hazırda dağıntılar altında qalanların çıxarılması davam etdirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın bu hava zərbələri neft təsisatlarına iki gün öncə edilən hücumdan sonra ilk hesab edilir.

 

Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından başlayaraq, Yəməndə Abdu-Rabbih Mansur Hadinin legitimliyini dəstəkləmək adı ilə hərbi müdaxiləyə başlayıb. Lakin Abdu-Rabbih Mansur Hadi hələ də Səudiyyə paytaxtı ər-Riyaddadır.SalamNews 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system