NAMAZ VAXTLARI:
  • FƏCR 06:11
  • GÜN 07:36
  • ZÖHR 12:27
  • ŞAM 17:36
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 5318
İsrail və onun əlaltıları bu səbəblərə görə Hizbullaha hücum edə bilməz - Analiz

İsrail və onun əlaltıları bu səbəblərə görə Hizbullaha hücum edə bilməz - Analiz

Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-ın Livana hücum planına mane olan amillər nədir?

İslaminSesi.info – Cari ayın əvvəllərində Livan baş naziri Səd əl-Həririnin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində qəflətən vəzifəsindən istefa verməsi təkcə Livan deyil, Yaxın Şərqdə də yeni siyasi gərginliyin və qalmaqalın baş qaldırmasına səbəb oldu. Livan baş naziri Səd əl-Həriri həm də Səudiyyə vətəndaşıdır. Amma bu əsas vermir ki, o istefasını məhz Səudiyyədən və bu ölkənin əl-Ərəbiyyə adlı tribunasından elan etsin. Bundan savayı onun istefadan sonra, Livana dönməməsi bir çoxları üçün bu anlam daşıdı ki, Səudiyyə hökuməti onu da bu ölkədəki bəzi nazirlər və şahzadələr kimi korrupsiyada ittiham edərək, ev dustağı edib, və ya ən azı istefa bəhanəsi iddia edildiyi kimi ona görədir ki, əl-Həriri Livanda Hizbullah tərəfindən təhlükədədir deyə istefa verir.


Əl-Həriri qalmaqallı istefasının mətnində Livandakı vəziyyətə görə Hizbullah və İranı təqsirləndirmişdi.

Bu bir yandan, digər tərəfdən Yəmənə endirilən aviazərbələrə cavab olaraq husilərin ər-Riyad beynəlxalq hava limanını ballistik raketlə vurması Səudiyyəni daha da qəzəbləndirdi. Yəmən muharibəsində istədiyinə nail olmayan Səudiyyə rəsmiləri ballistik raket mesajını İran tərəfindən muharibə elanı kimi qəbul və elan etdilər.

Səudiyyənin “muharibə naziri” kimi tanınan Körfəz işləri üzrə naziri Samir Sübhan, həmçinin XİN naziri Adil əl-Cubeyr durmadan İranı ittihamlandırır və ballistik raket mesajının cavabsız qalmayacağı ilə təhdid edirlər.

Görünən budur ki təhdidlərdən biri İran və Hizbullah qarşı yeni döyüş cəbhəsinin açılmasıdır.

Hazırki vəziyyətdə "Səudiyyə İrana qarşı cəbhə açacaqmı?" sualına cavab vermək çətin deyil. Bu sualın cavabı mənfidir.

Qeyd etmək lazımdır ki, 21-ci əsrdə muharibələr xüsusilə də yaxın sərhədlərə malik olan ölkələr birbaşa muharibələr deyil, vasitəli muharibələrə üstünlük verirlər. Ekspertlərin fikrinə görə Səudiyyə və İran hal-hazırda belə bir muharibə şəraitindədirlər. Həm bu ölkələrin hakimiyyəti birbaşa muharibə riskinə gedən deyil, həm də beynəlxalq ictimaiyyət buna imkan verməz.

Livanın sabiq prezidenti Emil Lahud əl-Məyadin telekanalına verdiyi son müsahibəsində bildirir ki, Səudiyyə İrana hücum məsələsində çox acizdir.

Əgər sabiq prezidentin fikrini qəbul etməsək, yenə də ölkələrin və dövlətlərin birbaşa muharibəyə girişməsi demək olar qeyri-mümkün görünür.

Amma Səudiyyə Ərəbistanının Hizbullaha qarşı birbaşa hərbi cəbhə açması müzakirə obyektində ola bilər.

Müzakirə obyektində olan bu mövzuya ekspertlər real baxmır həm də onu regionun sabitliyi üçün ciddi təhlükə kimi görürlər.

Səudiyyənin Hizbullah qarşı birbaşa hərbi cəbhəsinə mane olan bir neçə amil var.

Birinci növbədə bu ölkənin Yəmən muharibəsi kimi bataqlığa yuvarlanması. Bu muharibə ucbatından Səudiyyənin külli miqdarda maddi, texniki və canlı itkisi var. Bu tendensiya artıq 3 ilə yaxındır ki davam edir və iddia edildiyi kimi Səudiyyə Ərəbistanı Yəməndə heç Ədən əyalətində də tam təhlükəsizliyi bərpa edə bilməyib. Bundan əlavə paytaxta yaxınlaşa bilməyən Səudiyyə və müttəfiqləri hələ Səda, Hudeyda və əl-Əmran kimi əyalətlərdən də çox uzaqdadırlar.

Səudiyyə Ərəbistanının Livan hücumuna mane olacaq ikinci amil krallığın daxilində “korrupsiyaya qarşı mübarizə” kimi qələmə verilən 200-dən artıq nazir, şahzadə, milyarder və milyoner iş adamları, sabiq və hazırki rəsmilərin saxlanılma və tutulması tendensiyasıdır. Bu tendensiya əksər ekspertlərin dediyi kimi əgər gənc Məhəmməd bin Salmanın krallıq yolunun hamarlanması üçün həyata keçirilirsə, onda ölkənin Hizbullahla muharibə probleminə salınması hakimiyyət üçün də arzu edilməz bir vəziyyət olacaq.

Üçüncü amil Səudiyyənin İraqla sərhədlərinin təhlükəsizliyi amilidir. Belə ki, Səudiyyənin Hizbullaha hücumu Suriyadakı Hizbullah və müttəfiqlərini və əsasən də İraqdakı Haşdu-Şabini Səudiyyə sərhədlərinə çəkə bilər.

Səudiyyənin birbaşa Hizbullaha qarşı hərbi cəbhə açmasını çətinləşdirən amillərdən biri də coğrafi amil və Livanın Səudiyyə Ərəbistanından kifayət qədər uzaq olmasıdır.

Görünən budur ki, Səudiyyə Hizbullaha hücum məsələsində israrlı olsa bunu İsrailə həvalə edə bilər. Bu zaman Səudiyyə bu hücumun maliyyə məsələsini öhdəsinə götürmüş olacaq. Bu, yeni deyil öncə də baş verib. İsrail rəsmilərinin etiraflarına görə sionist rejimi 2006-da Hizbullaha hücumu zamanı Səudiyyədən müxtəlif zəminlərdə dəstək alıblar.

Son günlərdə Səudiyyə, Küveyt, BƏƏ və Bəhreyn Livandakı vətəndaşlarına bu ölkə ərazisini dərhal tərk etməyə çağırıblar. Bir çoxları bunu müharibəyə hazırlıq kimi anlayırlar.

Reallıq budur ki, İsrail 2006-da Hizbullahla 33 günlük muharibədən sonra çox məsələlərdən nəticə çıxarıb. Sionist rejimi nəticə əldə edib ki, Hizbullahın livanda güclü və kök atmış sosial bazası var. Hizbullah hökumətdə və parlamentdə təmsil edilir. Hətta 2006 ilə müqayisədə indi Hizbullahın sosial bazası daha güclənib. Hizbullah son 5 ayda Livan ordusu ilə çiyin-çiyinə duraraq, Livan-Suriya sərhədlərini radikal İŞİD və “ən-Nusra Cəbhəsi” kimi birləşmələrdən təmizləyərək, orduya təhvil verib. Artıq livanlılar Hizbullahı milli qüvvə kimi qəbul edir. Heç bir livanlıya naməlum deyil ki, Hizbullah Livan-Suriya sərhədindəki Biqa və Ərsal bölgələrinin təmizlənib, təhlükəsizlik qüvvələrinə təhvil verməsində ordudan da öndə gedirdi.

Hizbullaha qarşı hər bir hücum baş tutsa öndə İsrail gedəcək. O zaman İsrail hərbi rəsmilərinin bildirdiyi kimi Hizbullah-ın 120 minlik raket arsenalı çox ciddi təhlükə hesab ediləcək. Bu, İsrailin birbaşa hücumuna mane olan əsas səbəblərdən biridir.

İsrailin bilavasitə va ya Səudiyyənin nümayəndəsi olaraq hücum etməsi Suriyanın cənubundakı Colan yüksəkliklərində də yeni muharibə cəbhəsinin yaranmasına gətirib çıxara bilər. Hizbullaha qarşı muharibə başlasa əsasən Livanın cənubundan olacaq. Buna Colan Yüksəkliklərini və Qəzza zolağındakı cəbhələri (HƏMAS və onun nəzarətində olan və olmayan bir çox batalyonlar İranla əlaqəlidir) də əlavə etsək, bu İsrail üçün arzuedilməz olacaq.

Əgər hücum baş tutsa İranın hansı müstəvidə bu məsələyə müdaxilə edəcəyi isə hələ nəzərdə tutulmur.


Samid Paşa

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system