NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyə və BƏƏ Yəməni parçalamaq istəyirlər - Ayətullah Xamenei

Oxundu: 68
Səudiyyə və BƏƏ Yəməni parçalamaq istəyirlər - Ayətullah Xamenei

Səudiyyə Ərəbistanı və BƏƏ Yəməni parçalamağa çalışırlar, lakin onlar buna nail ola bilməyəcəklər.

İslaminSesi-nin RİA Novosti-yə istinadən verdiyi xəbər görə, bu sözləri İranın Ali lideri Ayətullah Xamenei "Ənsarullah" hərəkatının nümayəndə heyəti ilə Tehranda keçirilən görüş zamanı deyib.

 

"Var gücümüzlə bu sövdələşmənin qarşısını almalıyıq, Yəmənin birliyini və ərazi bütövlüyünü dəstəkləməliyik", - deyə Xamenei əlavə edib.

 

Onun sözlərinə görə, BƏƏ və Səudiyyə Ərəbistanı Yəməndə böyük cinayət törədib, lakin istədikləri nəticəyə çata bilməyəcəklər.

 

Öz növbəsində, husilərin nümayəndə heyətinə başçılıq edən spiker hərəkat lideri Əbdül Malik əl-Husinin məktubunu Ayətullah Xameneiyə çatdırıb, lakin məktubun məzmunu açıqlanmır.

 

İranın Ali lideri, həmçinin, qərb ölkələrini Yəmən və Fələstindəki cinayətlərə qarşı laqeydliklərinə görə qınayıb.

 

Xatırladaq ki, Səudiyyənin rəhbərlik etiyi koalisiya 2014-cü ildən Yəməndə dinc əhaliyə qarşı silahlı qətliam törədir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system