NAMAZ VAXTLARI:
  • FƏCR 06:03
  • GÜN 07:27
  • ZÖHR 12:25
  • ŞAM 17:41
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyə rəsmilərindən ŞOK: “Dolları yuana, Vaşninqtonu Tehrana dəyişərik"

Oxundu: 3296
Səudiyyə rəsmilərindən ŞOK: “Dolları yuana, Vaşninqtonu Tehrana dəyişərik

Son günlər ABŞ Prezidenti Donald Trampın Səudiyyə təhdidləri dünya mediyasının gündəmini zəbt edən mühüm məsələlərdəndir.

“İslaminSesi”  - Donald Trampın jurnalist Camal Qaşıqçı hadisəsi ilə bağlı Səudiyyəni tez-tez təhdid etməsi sonda Səudiyyə Ərəbistanını da təhdid xarakterli cavablar verməyə vadar etdi.

 

Tesnim İnformasiya Agentliyi  verdiyi xəbərlərə əsasən  Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi olan “əl-Ərəbiyyə”-nin jurnalisti, hazırkı iqtidara yaxın hesab olunan Türkü əl-Dəxil, Trampın təhdidlərinə təhdidlə cavab verib.

 

Türkü əl-Dəxil Səudiyyə rəsmilərinə istinadən yazdığı yazıda ər-Riyadı hədəf almağın Amerika iqtisadiyyatı üçün böyük faciələrə səbəb ola biləcəyi qeyd edilərək deyib:

"Amerikanın Səudiyyə Ərəbistanı hədəf alacaq sanksiyalarına qarşılıq 30dan çox tədbirimiz var.”

 

O, Trampın neftlə bağlı təhdidinə belə cavab verib:

 "Ər-Riyad dünya enerjisinin mərkəzi mövqeyindədir. Əgər bu gün hər barel neftin 80 dollar dəyərində olması Donald Trampı hiddətləndirirsə, o zaman özünü neftin hər bareli üçün 200 dollara hazırlasın. Hətta Səudiyyə neftini dollarla deyil, Çin yuanı ilə də sata bilər.”

 

Rəsmi qəzetin jurnalisti daha maraqlı bir təhdidi isə lazım gələrsə İranla ittifaq edərk deməsi olub:

 

“Bütün Asiyanı İrana təslim edə bilərik. İran Səudiyyəyə Vaşinqtondan daha yaxındır.”

 

Səudiyyə Ərəbistanını İslam coğrafiyasının lideri kimi göstərməyə çalışan səudiyyəli jurnalist, Ər-Riyada qarşı sanksiyalar olacağı halda Səudiyyə Ərəbistanı ilə Amerika və Avropa arasındakı hər cür kəşfiyyat mübadiləsinin də tarixə qarışacağı bildirib. Həmçinin yazısının sonunda belə qeyd edib:

 

"Səudiyyə Ərəbistanına qarşı mümkün hər cür sanksiya qarşısında ər-Riyadın edəcəyi iki variant var. Amerika Prezidenti Donald Trump daha əvvəlki çıxışlarında bu variantlardan bir dənəsinə işarə edib.

Bu, ər-Riyadın Rusiya və Çinə üz tutmasıdır. Rusiya və Çin Səudiyyə Ərəbistanının hərbi ehtiyaclarını ödəmək istəyirlər. Belə bir vəziyyətdə Səudiyyənin Təbukda Rusiyaya bir hərbi baza verilməsi heç kəs təəccüblənməməlidir.

Xüsusilə də Həmas və Hizbullah kimi iki böyük düşmənin zaman ərzində iki dosta çevrilmə ehtimalı da var. Rusiya ilə ər-Riyadın quracağı bu əlaqə İran və Səudiyyə Ərəbistanını da bir-birinə yaxınlaşdıracaqdır".

(Shafaqna)

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system