NAMAZ VAXTLARI:
  • FƏCR 04:26
  • GÜN 05:55
  • ZÖHR 12:44
  • ŞAM 19:51
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 471
Səudiyyə kral sarayında dəhşətli atışma baş verib - Video

Səudiyyə kral sarayında dəhşətli atışma baş verib - Video

İslaminSesi.info. Ötən gecə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda kral sarayının ətrafında soxsaylı atışma və partlayış səsləri eşidilib.

Şahidlərin sözlərinə görə, atışma zamanı kral Salman binƏbdüləziz dərhal sarayda təxliyə olunaraq, Riyaddakı hava bazasının bunkerinə aparılıb. 

 

Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

 

Bəzi mənbələr iddia edir ki, Səudiyyə kral ailəsinin daxilində kral Salmana qarşı çıxan şahzadələrin başçılığı ilə təşkil edilmiş dövlət çevrilişinin tərkib hissəsidir. Digər mənbələrin sözlərinə görə Salman üçün ayrılmış iqamətgahın yaxınlığına kiçik dron gəlib ki, mühafizəçilər ona doğru atəş açıblar. 

Lakin yerli televiziyaya verilən məlumatda deyilib ki. sarayın üzərindən oyuncaq dron keçib ona görə də ona doğru atəş açılıb.

 

Səudiyyə sonuncu iddianı rəsmi şəkildə təsdiq edib və bildirb ki, mühafizəçilər Kozama küçəsində yerləşən saraya doğru uçan drona atəş açıblar. 

 

 

Hadisə ilə bağlı açıqlama verən analitiklər bildirirlər ki, havada uçan dronu vurmaq belə olmur. Paylaşılan videolarda səslərdən açıq-aydın atışmanın getdiyi məlum olur. Dron vurulsaydı atəş havaya edilərdi və gecə olduğundan güllələr də hadisə yerindən çəkilmiş videolarda görünərdi. Məsələ nədirsə, saray daxilində baş verib. Hadisədən az müddət sonra krala məxsus GLF4 hospital təyyarəsi havaya qalxıb. Bu məlumat Tvitter və xəbər saytlarında paylaşıldıqdan sonra hamı onun internet vasitəsilə marşrutunu izləməyə başlayıb. Amma təyyarə transponderini söndürüb ki, marşrutu müəyyən olmasın.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system