Səudiyyə koalisiyası qırıcıları Yəməndə mülki əhalini bombaladı – 30 ölü

Oxundu: 89
Səudiyyə koalisiyası qırıcıları Yəməndə mülki əhalini bombaladı – 30 ölü

Səudiyyə koalisiyasına məxsus hərbi təyyarələr Yəmənin “Al-Couf” əyaləti Əl-Masloub rayonunda əhalinin sıx olduğu ərazini bombalayıb.

İslaminSesi Al-masiraha istinadən xəbər verir ki, Səudiyyə koalisiyasına məxsus hərbi təyyarələr Yəmənin “Al-Couf” əyaləti Əl-Masloub rayonunda əhalinin sıx yaşadığı ərazini bombalayıb.

 

Səhiyyə Nazirliyinin sözçüsü doktor Yusif Əl-Hadrinin bildirdiyinə görə düşənin hava hücumu nəticəsində 30 nəfər həyatını itirib, yaralılar vardır.

 

Sözcünün bildirdiyinə görə ölənlərin əksəriyyəti qadın və azyaşlılardır.

 

Mənbənin məlumatına görə dünən bu ərazidə Səudiyyə koalisiyasına məxsus bir hərbi təyyarə vurulub. Düşmən bu ərazini bombalamaqla intiqam alır.

 

Xatırladaq ki, Yəməndə Mansur Hadi devrilməsindən sonra, Səudiyyə və BƏƏ-nin rəhbərliyi ilə birləşmiş koalisiya bu ölkəyə hərbi təcavüz edir, ölkənin bütün infrastrukturu məhv edilib. Ölkə əhalisi aclıq və xəstəlikdən əziyyət çəkir.

 

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system