NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 245
“Səudiyyə İsraillə çiyin-çiyinə regionun problemlərini yoluna qoyurlar”

“Səudiyyə İsraillə çiyin-çiyinə regionun problemlərini yoluna qoyurlar”

“Səudiyyəlilər İsraillə birgə çiyin çiyinə durubregionun bütün problemlərinin qarşısını almaqdadırlar”

İslaminSesi.info xəbər verir ki, bunu ABŞ-ın Xarici İşlər Naziri Mark Pompeo son çıxışlarının birində deyib.

 

Forumların birində o jurnalistin Səudiyyənin bölgədəki rolu haqda verdiyi sualın cavabında bunları deyib:

 

“Səudiyyənin son zamanlarda həyata keçirdikləri elə bir işlərdir ki on illərlədir Amerika onlardan istəyirdi. Bunları biz alqışlayırıq. Bundan əlavə onlar bizim müttəfiqimiz İsraillə çiyin çiyinə durub bölgədəki problemlərin və terrorun qarşısını alırlar. O dərəcədə ki onlar və biz bu əlaqələri artıra da bilərik.”

 

Qeyd edək ki, son illərdə Səudiyyə başda olmaqla bir sıra körfəz ərəb dövlətlərinin sabiq və hazırki rəsmilərinin İsrail tərəfləri ilə görüşləri və vahid düşmən olan İrana qarşı həmkarlıq etmək mövzusunda danışıqlar aparması adi hala çevrilib.

 

Səudiyyə Ərəbistanı ABŞ-ın nüvə sazişindən çıxmasını və Vaşinqtonun İrana qarşı "yeni" strategiyasını dərhal təsdiqləyib və alqışlayıb.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system