Səudiyyə İsrailin Qəzzaya hücumunu pislədi

Oxundu: 111
Səudiyyə İsrailin Qəzzaya hücumunu pislədi

Səudiyyə Ərəbistanı nazirləri İsrailin Qəzzaya təcavüzünü pisləyir və Suriyanın konstitusiya komitəsini alqışlayır.

 

İslaminSesi arabicRT-ə istinadən xəbər verir ki, Səudiyyə Nazirlər Şurası Kral Salman bin Əbdul-Əzizin rəhbərliyi ilə keçirdiyi iclasda işğalçı İsrailin Qəzza zolağına etdiyi raket hücumlarını pisləyib.  

 

Şura beynəlxalq ictimaiyyəti Fələstin xalqının müdafiəsinə və İsrailin beynəlxalq qanunlara zidd olan işğalçı siyasətinə qarşı diqqətli olmağa çağırdı.

 

Şura həmçinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınların İşi üzrə Kömitənin də öhdəliklərinə diqqət yetirərək onların 3 illik fəaliyyətindən danışıb.

 

Nazirlər Şurası həmçinin Suriyada Konstitusiya Komissiyasının yaradılması və işinin başlaması ilə bağlı razılığı da alqışladığını və Suriyadakı vəziyyətin siyasi müstəvidə öz həllini tapacağına ümid etdiyini vurğulayıb.

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system