NAMAZ VAXTLARI:
  • FƏCR 06:25
  • GÜN 07:52
  • ZÖHR 12:33
  • ŞAM 17:33
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyə Ərəbistanına gedən Qabon prezidenti bir aydır yoxa çıxıb

Oxundu: 187
Səudiyyə Ərəbistanına gedən Qabon prezidenti  bir aydır yoxa çıxıb

Afrika Birliyi sədri Bonqonun sağlamlıq vəziyyəti ilə bağlı bəzi məqamlardan narahatlıq duyduqlarını deyib.

“İslaminSesi”  TRT Haber-ə istinadən bildirir ki, Qabon Prezidenti Ali Bonqo Səudiyyə Ərəbistanındakı sammitdə iştirak etmək üçün 24 oktyabrda ölkəsindən gedib. Aradan az qala 1 ay keçib, ancaq Ali Bonqodan heç bir xəbər yoxdur.

 

Qabon rəsmiləri Prezidentin Ər-Riyadda həddindən artıq halsızlıq səbəbindən xəstəxanaya çatdırıldığını bildirib, amma açıqlamaları yetərsiz sayan Afrika Birliyi Qabona mütəxəssis heyəti göndərəcək.

 

Heyət həm ölkədəki siyasi vəziyyət, həm də Bonqonun səhhətilə bağlı məlumat alacaq. Afrika Birliyi sədri Bonqonun sağlamlıq vəziyyəti ilə bağlı bəzi məqamlardan narahatlıq duyduqlarını deyib.

 

 

 Xatırladaq ki, Bonqonun bəzi səlahiyyətləri sağlamlıq vəziyyətindəki qeyri-müəyyənlik səbəbiylə qısa müddət əvvəl köməkçisinə təhvil verilmişdi.

/Eastnews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system