NAMAZ VAXTLARI:
  • FƏCR 06:00
  • GÜN 07:23
  • ZÖHR 12:25
  • ŞAM 17:44
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyə Ərəbistanı YPG üçün ABŞ-a 100 milyon dollar bağışladı

Oxundu: 308
Səudiyyə Ərəbistanı YPG üçün ABŞ-a 100 milyon dollar bağışladı

Səudiyyə YPG-yə yardım edə bilməsi üçün ABŞ hökumətinə aid hesablara 100 milyon dollar köçürüb.

İslaminSesi – xəbər verir ki, Türkiyədə itkin düşən səudiyyəli jurnalist Camal Qaşıqçı hadisəsində çətin günlər keçirən Səudiyyə Ərəbistanı rəhbərliyi ABŞ-a yardım edib.  

 

 Səudiyyə Ərəbistanı ABŞ xarici işlər naziri Mayk Pompeonun Ər-Riyada səfəri öncəsi Suriyada ABŞ-ın müttəfiqi olan kürd silahlıları YPG-yə yardım edə bilməsi üçün ABŞ hökumətinə aid hesablara 100 milyon dollar köçürüb.

 

  "New York Times" qəzetinin xəbərinə görə, Ər-Riyad rəhbərliyi Suriyada terror təşkilatı İŞİD-dən azad edilən bölgələr üçün verməyi planlaşdırdığı 100 milyon dollarlıq yardımı Pompeonun dünən Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ hökumətinə aid hesablara köçürüb.

 

Qeyd edək ki, Donald Tramp rəhbərliyi sözügedən maliyyə dəstəyini uzun müddətdir tələb edirdi. Pul köçürülməsinin Pompeonun müxalif səudiyyəli jurnalisti Camal Qaşıqçının İstanbuldakı Səudiyyə Ərəbistanı konsulluğunda itməsi hadisəsiylə bağlı səfərə təsadüf etməsi diqqət çəkib.

/Eastnews/

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system