Səudiyyə Ərəbistanı havadan hücuma məruz qaldı - VİDEO

Oxundu: 90
Səudiyyə Ərəbistanı havadan hücuma məruz qaldı - VİDEO

Ötən gecə Səudiyyə Ərəbistanının Yənbu şəhəri ərazisində yerləşən “Saudi Aramco” neft şirkətinə məxsus neftayırma zavodu ərazisinə havadan hücum edilib.

Bu barədə Səudiyyə Ərəbistanı mənbələri məlumat verib. 

 

Məlumata əsasən, Yənbu şəhərinə havadan hücumun qarşısını almaq üçün “Patriot” zenit raket komplekslərindən istifadə edilib.


Hücumun pilotsuz uçan aparat və yaxud ballistik raketlə olduğu ehtimal edilir.


Yənbu şəhərinin Yəmən sərhədindən 900 km-dan artıq məsafədə yerləşdiyi qeyd olunur.


Baş verən insidentlə bağlı Yəmən tərəfi məsuliyyəti üzərinə götürməyib./eastnews.org/

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system