NAMAZ VAXTLARI:
  • FƏCR 04:34
  • GÜN 06:00
  • ZÖHR 12:43
  • ŞAM 19:42
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyə Ərəbistanı ərəb və Fars körfəzi ölkələrini İrana qarşı təcili sammitə toplayır

Oxundu: 490
Səudiyyə Ərəbistanı ərəb və Fars körfəzi ölkələrini İrana qarşı təcili sammitə toplayır

Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdül Əziz əs-Səud İran ətrafındakı vəziyyətlə əlaqədar ərəb dövlətlərini təcili sammitə toplayır.

İslaminSesi-nin verdiyi xəbəbə görə, bu haqda SPA agentliyi krallığın Xarici İşlər Nazirliyinə istinadən bildirir.

 

Qeyd olunur ki, sammitin çağırılmasına səbəb Birləşmiş Ərəb Əmirlikləri sahillərində tankerlərə qarşı diversiya, eləcə də husilərin Səudiyyə Ərəbistanının iki neft kəmərinə hücumu olub.

 

Sammitdə Ərəb Dövlətləri Liqası və Fars körfəzi dövlətlərinin əməkdaşlıq Şurasına daxil ölkələr iştirak edəcək.

 

Tədbir 30 iyun tarixində Məkkədə keçiriləcək.

 

Həmin gündə İslam Əməkdaşlığı Təşkilatına daxil ölkələrin başçılarının iştirakıyla yüksək səviyyədə görüş keçiriləcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system