NAMAZ VAXTLARI:
  • FƏCR 06:06
  • GÜN 07:30
  • ZÖHR 12:26
  • ŞAM 17:39
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Səudiyyə Ərəbistanı despotizminin qorxunc siması

Oxundu: 1865
Səudiyyə Ərəbistanı despotizminin qorxunc siması

Şahin Cəfərli: “ABŞ-ın silah anlaşmalarından vaz keçəcəyini gözləməyə dəyməz, çünki Ər Riyadla münasibətlərin pisləşməsi Vaşinqtonun həm geosiyasi, həm də iqtisadi maraqlarına zərbə olar”

 

ABŞ və Səudiyyə Ərəbistanı hökuməti arasında neft istehsalının artırılması və qiymətlərin aşağı salınması ilə yaşanan, səudiyyəli jurnalistin öldürülməsi iddiası ilə daha da güclənən böhran artıq yavaş-yavaş meydan oxumaq mərhələsinə doğru irəliləyir. Belə ki, C.Qaşıqçının öldürülüb-öldürülməməsi və Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman əl-Səudun onu öldürməklə əlaqədar göstəriş verib-verməməsi ilə bağlı jurnalistin sualını cavablandıran D.Tramp bildirib ki, həqiqətən belə olubsa, onlar məyus və narazı qalacaq, həmçinin ciddi cəzalar olacaq. Öz növbəsində Ər-Riyad da ona qarşı sanksiya tətbiq olunacağı təqdirdə neft qiymətlərini 200 dollara qaldıracağı,  nefti dollar əvəzinə yuanla satacağı, Rusiyaya öz hərbi bazasını Tabuk şəhərində yerləşdirməsinə icazə verəcəyi ilə təhdid edib.

 

 

Maraqlıdır,  həmişə ABŞ-ın diktəsi altında siyasət aparan Səudiyyə Ərəbistanını yolundan “azdıran” nədir? Ər-Riyadın Vaşinqtona qarşı hədəli bəyanatlarını gerçək hesab etmək olarmı? Ümumiyyətlə Səudiyyə sərt bəyanatlarının arxasında dura biləcəkmi?

 

İslaminSesi  bu suallarla bağlı politoloq Şahin Cəfərliyə  müraciət edib.

 

Siyasi şərhçinin sözlərinə görə, Vaşinqtonun Səudiyyə  Ərəbistanına qarşı ciddi sanksiyalara gedəcəyi inandırıcı deyil, çünki bu, milyardlarla dolların itirilməsi demək olardı: "ABŞ və İsrail hökumətlərinin İranı bölgədə guya "bütün bəlaların səbəbkarı" kimi göstərib, basqıları ağırlaşdırdığı bir məqamda Vaşinqtonun müttəfiqi olan Səudiyyə Ərəbistanı despotizminin qorxunc siması bir daha ortaya çıxdı. Olayın hansı səbəblə, kim tərəfindən təşkil edilməsindən asılı olmayaraq nəticə ortadadır: Qərb mediasında hadisəyə böyük diqqət var, hökumətlər, o cümlədən Tramp kimi mahiyyətcə avtoritar olan lider ictimai rəyi diqqətə almağa məcbur qalıb, Ər Riyad isə qətli necə izah edəcəyi üzərində baş sındırır. İlkin praktik nəticə budur ki, böyük şirkətlər (Google, JP Morgan Chase, Ford, Uber, AOL, Viacom və s.), media quruluşları (CNN, Financial Times, New York Times, CNBC, Bloomberg) Səudiyyə Ərəbistanında keçiriləcək, "Səhranın Davosu" adlandırılan "Future Investment Initiative" tədbirini boykot ediblər. ABŞ-ın Səudiyyə Ərəbistanı ilə silah anlaşmalarından vaz keçəcəyini gözləməyə dəyməz, çünki Ər Riyadla münasibətlərin pisləşməsi Vaşinqtonun həm geosiyasi, həm də iqtisadi maraqlarına zərbə olar. Bu halda Rusiya və Çin boşluğu sürətlə doldurar. Amma hansısa addımlar şübhəsiz ki, olacaq, çünki senatorlar (o cümlədən, respublikaçı liderlər) hökumətdən tədbir görməyi tələb edirlər. Hərbi əməkdaşlığın dayandırılmasını tələb edənlər də var. Səudiyyə təhlükəsizlik məmurlarının adlarının "Maqnitski Aktı"na daxil edilməsi də gözləniləndir. Noyabrda Konqresə seçkilərdə demokratlar qələbə çalsa, onlar nisbətən daha sərt sanksiyalar tətbiq edə bilər".

 

 Konkret suallara gəlincə isə, politoloq bildirdi ki, Səudiyyə Ərəbistanı neftin qiymətini qaldıra bilər: "Neftin hazırkı 80 dollar səviyyəsinə yüksəlməsində bu ölkənin ciddi rolu var. Ər Riyad hasilatı azaltsa və dünya bazarına daha az neft çıxarsa, qiymət 100 dolları ötə bilər. Amma buna niyə getsin? Əvvəla, daha az neft satmaq onun özünə ciddi ziyan vura bilər və ölkə həm gəlirlərdən, həm də bazar payından məhrum olar. İkincisi, S.Ərəbistanının OPEK və digər tərəfdaşlarla (məsələn, Rusiya ilə) məsləhətləşmədən bu cür radikal qərar qəbul etməsi ehtimalı çox azdır, hətta qeyri-mümkündür. Üçüncüsü, neftin qiymətinin rekord həddə çatması ABŞ-dan daha çox Çinə, Hindistana və ümumilikdə dünya iqtisadiyyatına zərbə vura bilər. S.Ərəbistanı bütün dünyanı qarşısına almaq bahasına bu addıma getməz. Digər səslənən iddialar da blef və spekulyasiyadır. Neftin yuanla satılması hələ ki qeyri-mümkündür. Ən bəsit səbəbi deyim: dünyada o qədər yuan yoxdur, Çin də böyük həcmdə yuan çap etməyə hazırlaşmır. Rusiyaya hərbi baza verilməsi də yalnız ABŞ-la münasibətlərin tamamilə qırılması nəticəsində mümkündür, amma hazırda bu variant real görünmür”.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system