Səudiyyə Aramco-ya hücum edən PUA və raketlərin qalıqlarını nümayiş etdirib (VİDEO)

Oxundu: 297
Səudiyyə Aramco-ya hücum edən PUA və raketlərin qalıqlarını nümayiş etdirib (VİDEO)

Səudiyyə Ərəbistanın Müdafiə Nazirliyi ötən həftənin şənbə günündə Aramco-ya edilən hücumla bağlı mətbuat konfransı keçirərək, neft təsisatlarına hücum edən raket və PUA-ların qalıqlarını nümayiş etdirib.

 

İslaminSesi.info  bu barədə Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir.

 

Səudiyyə Ərəbistanın Yəmənə qarşı hərbi koalisiyasının mətbuat katibi Türki əl-Maliki bildirib ki, bu hücumda 18 pilotsuz təyyarə və 4 ədəd raket iştirak edib.

 

Səudiyyə rəsmisi iddia edib ki, hücum Yəməndən deyil, şimal istiqamətdən həyata keçirilib.

 

T.əl-Maliki iddia edib ki, hücum Fars Körfəzinin şimalından təqribən 700 km məsafədən həyata keçirilib.

 

Səudiyyə Ərəbistanı rəsmisi bu hücumun arxasında İranın durduğunu iddia edib və araşdırmaların davam etdiyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, husilər bu hücumun onlar tərəfindən Səudiyyə Ərəbistanın Yəmənə təcavüzünə cavab olaraq həyata keçirildiyini bildiriblər. İran isə bu hücumun onlara aidiyyatı olmadığını bəyan edib.SalamNews

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system