NAMAZ VAXTLARI:
  • FƏCR 06:09
  • GÜN 07:34
  • ZÖHR 12:27
  • ŞAM 17:37
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 843 2533
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 267
Səud rejimindən Qətərə qarşı daha bir addım - Gizli sənədlər

Səud rejimindən Qətərə qarşı daha bir addım - Gizli sənədlər

Səudiyyə Ərəbistanı Qətərə qarşı daha bir addım atıb.

İslaminSesi Haber14-ə istinadən bildirir ki, 2013-cü ildə bağlanmış sənədlərin mətni mediaya sızdırılıb. Misirdə olan çevriliş nəticəsində Qətərlə Səudiyyə arasında münasibətlər gərginləşmişdi. Səud rejimi bu çevrilişi dəstəkləmiş, Qətər isə qarşı çıxmışdı. Səud rejiminin sabiq  kəşfiyyat şefi Bəndər ibn Sltan Rabia qətliamını təşkil etmişdi.

 

Qətər isə Misirdən qaçan İxvan liderlərinə ölkəsində qalmağa imkan yaratmışdı. Bütün bu hadisələr Körfəz ölkələri arasında böyük gərginlik yaratmışdı. Yaranmış bu böhranı yoluna qoymaq üçün Riyadda Qətər və Korfəz ölkələri arasında anlaşma imzalanmışdı. Bu müqavilə ilə böhranın həll olunduğu bilinsə də, mətni yayımlanmamışdı.

 

İndi Səud rejimi elə bu mətnlə Qətərə təzyiq göstərməyə başlayıb. Müqavilənin ilk mətni dünən CNN-də yayımlanıb. İfşa edilmiş bu mətndə Qətər Korfəz ölkələrinə qarşı olan mediayını dəstəkləməmək öhdəliyini götürüb. Müqavilənin bir maddəsində Qətər Körfəz ölkələrinin daxili işlərinə qarışmamaq sözünü verib. 2014-cü ildə  imzalanan başqa bir müqavilədə isə Qətər Sisi rejimi əleyhinə Əl Cəzirənin fəaliyyətinə son qoyacağına söz verib. Müqavilədə Müsəlman qardaşlığı tamamilə qadağan edilirdi. 

 

Bu sənədlərin ifşasından sonra dərhal sonra Qətərdən açıqlama gəlib. Qətər Körfəz ölkələrini ölkəsinin daxili işinə qarışmaqda günahlandırıb. Bildiriblər ki, Səud rejimi, Bəhreyin və Misir Qətər müstəqilliyni hədəf alıblar. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system